Bakıda döyülən tanınmış modelin anası məhkəmədə ifadə verib
Model Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş kimi tanınan Raziyyat Əliyevanın anası Xədijət Əliyeva ifadə verib. X.Əliyeva qızının Ziya Hüseynzadə tərəfindən döyülməsi barədə danışıb:
"Bir gecə qızım mənə mesaj yazdı. Təcili onlara gəlməyimi istəyirdi. Evdən necə çıxıb ora çatdığımdan xəbərim olmayıb. Qızımı 1 aydır görmürdüm. Qapını açanda qızımın çox arıqladığını gördüm. Çox pis oldum. Onu qucaqladım. Soruşdum ki, sənə nə olub? Dedi ki, Ziya pəhriz saxlayır deyə mən də diyetdəyəm. Razinin üzündə xırda qançırlar var idi. Soruşdum nə olub? Dedi ki, mezoterapiyadan sonra üzümdə ləkələr yaranıb. Evdən kişi səsi gəlirdi. Ziyanın səsi olduğunu bilirdim. Qızımın Ziya ilə əlaqəsi olduğundan xəbərim var idi. Ziyanı heç vaxt görməmişəm. Ancaq qızımla harasa gedəndə ətrafda Ziyanın olduğunu bilirdim. Qızım Ziya ilə bağlı yaxşı danışırdı. Razi Ziya haqda danışanda deyirdim ki, bəsdir, alınmırsa, ayrılın. Ziya qızımı sevdiyini, evlənmək istədiyini deyirdi. Bir dəfə qızımı evə aparmaq istəyirdim, Raziyə 3-4 dəfə zəng gəldi. Eşidirdim ki, zəng edən Ziyadır. Ziya qızıma deyirdi ki, heç yerə getmə...
Qızım 2 gün mənimlə qaldı. Zənglərin ardı-arası kəsilmirdi. 2 gün sonra qızım dedi ki, Ziya ilə barışıb, evə qayıdır. Sonra yenə bir müddət qızımla görüşə bilmədim. Görüşmək barədə qızıma yazanda hər dəfə bir bəhanə gətirirdi. Səbəbini sonradan bildim, onun bədənində salamat yer qalmamışdı. Son dəfə qızım gəlib bir müddət bizdə qaldı. Ziya hər gün bizim evə gül göndərirdi, Razi isə qəbul etmirdi. Mən də dedim mesaj yaz ki, ayrılaq. Bu mesajdan sonra Ziya gəldi bizim evə, qapını qırmağa çalışırdı. Mən 102-yə zəng etdim, polislər gəldi. Qızım onda polislərə döyülmə şəkillərini göstərdi".
Məhkəmə prosesi martın 27-də davam etdiriləcək.
Qeyd edək ki, model Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının onun tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları "İnstagram"da yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.
DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin ötən il mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib.
Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133, 177.3, 186 və 221.1-ci maddələri ilə ittiham olunur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Sabah leysan olacaq, qar yağacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon