"TikTok"da qətl səslərini paylaşan kanallar ağır CƏZALANDIRILMALIDIR! - SOSİOLOQ

"TikTok"da qətl səslərini paylaşan kanallar ağır CƏZALANDIRILMALIDIR! - SOSİOLOQBildiyimiz kimi, Əhmədin ailəsini qətlə yetirdiyi görüntülərin səslərindən bir sıra istifadəçilər "TikTok"da videolar hazırlayır. İstifadəçilər məhurlaşmaq adı altında artıq platformalarda hər yola əl atırlar. Bu vəziyyət nə vaxta kimi davam edəcək? Qarşısını necə ala bilərik?

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Sonxeber.az-a bildirib ki, çox təəssüf ki sosial şəbəkələr eybəcər bir vəziyyətə gəlib çıxıb. Xüsusən "TikTok" platforması bu tip kütlə üçün geniş imkanlar yaradıb:

"Bütün mümkün şəraitləri yaradıb ki, biabırçılıqlar edə bilsinlər. Bu səbəbdən həmişə təklif etmişəm ki, "TikTok" birdəfəlik Azərbaycanda bağlanmalıdır. Orada artıq vəziyyət cızığından çıxıb. Azərbaycan milli-mənəvi dəyərlərinə ağır zərbə vurulur. Hər cürə əxlaqsızlıqlar, narkomaniyanın təbliği öz əksini tapır. Baxmayaraq ki, bir media şəbəkəsinin rəhbəri kimi "TikTok" şəbəkəsinin bağlanmasının tərəfdarıyam. Çünki bilinmir burda kim nədir. Digər şəbəkələrə isə ciddi nəzarət edilməlidir. Bu şəxslər qətl hadisəsi görüntülərdən məşhurlaşmaq üçün istifadə edirlər. Bu insanlar bütün pul uğrunda tanınmaq və məşhur olmaqla milli-mənəvi dəyərlərə "tüpürülmə"sinə şərait yaradır. Bu şəbəkə insanlara hər cür imkanlar açır. Artıq heç bir utanmaq, narahat olmaq, utanma qalmayıb ki, desinlər ki, bunu etmək ayıbdır. Çünki nəzarətsizlik və cəzasızlıq mühitidir".

Sosioloqun sözlərinə görə, cəmiyyətimiz faktiki olaraq xəstə olduğuna görə, bunu aydın şəkildə "TikTok"da müşahidə edə bilərsiniz:

"Məsələn zərərli kontentlərə milyonlarla baxış olur. Hətta belələrinə yardımlar və dəstəklər də edilir. Onlar da pul və məşhurluq qazanıb həvəslənir, daha irəli getməyə çalışırlar və rəzil hərəkətlərə əl atırlar. Faydalı kontentləri paylaşsaz çox az baxılacaq. Platforma elə qurulub ki, çox baxılan kontenti daha çox məşhur edir. Əgər vəziyyət belədirsə, cəmiyyət mənfi yola gedirsə, onda dövlət işə qarışmalıdır. Bu xəstə kateqoriyanı ağıllandırmaq üçün radikal tədbirlərə ehtiyac var. Radikal tədbirlər 2 cür ola bilər. Ya "TikTok Azərbaycanda bağlanmalıdır ya da, belə kanalların sahiblərini təyin edib sərt şəkildə cəzalandırmaq lazımdır".

Elçin Bayramlı qeyd edib ki, son vaxtlar bir neçəsi yüngülvari cəzalandırılıb. Bu bir qədər başqalarına dərs olub:

"Lakin o qədər də qorxu yaratmayıb. Deməli daha çox cəzalandırmaq lazımdır. Cəzalandıra bilmirlərsə bu şəbəkələri tamamilə bağlamaq lazımdır. Nə vaxta qədər bu biabırçılıqlar davam edəcək? Tədbir görülməlidir. Bu psixotron terrordan, əxlaqsızlıq təbliğatın törədilməsindən artıq cəmiyyət daha çox zərər çəkir. Yeni biabırçılıqlar ortaya çıxır. Bu ancaq dövlətin tədbir görəcəyi halda mümkündür. Gözləmək olmaz ki, bizim cəmiyyətimiz maariflənəcək yaxud ağıllanacaq. Kütlədən bunu gözləmək axmaqlıq olardı. Əksinə kütlə tam güc ilə dəstək verir. İllərdir bu proses belə davam edir. Xırda tədbir görməklə problemi həll etmək olmur. Onu kökündən həll etmək lazımdır. Bunları həll etməsək tezliklə daha biabırçı hallar ilə üzləşəcəyik".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1926   Tarix: 16 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr