Azərbaycanın məşhur "General"ını belə tapıblar: Gördüm ki, şəkillərimə baxırlar

Azərbaycanın məşhur "General"ını belə tapıblar: Gördüm ki, şəkillərimə baxırlarOnunla ilk tanışlığımız təxminən 2004-cü ilə təsasdüf edir. İncəsənət Universitetinin tələbəsi kimi hər gün dərsdən sonra Akademik Milli Dram Teatrına gedirdik, tamaşalara baxmağa. Tamaşadan əvvəl Ramiz Novruz adətən bufetdə oturub çay içir, sənət dostları ilə maraqlı söhbətlər edərdi. Həyat dolu, emosional, deyib-gülən insan kimi qalıb xatirimdə. Düzdü, zahirən zəhmli görünsə də, onunla yaxından ünsiyytədə olanda həlim, yumşaq, canayaxın olduğunu anlamaq çətin deyildi. Özünəməxsus amiranə səs trembri var idi. O, yalnız səhnədə, obrazlarını canlandıranda roldan-rola girməyi bacarırdı. Həyatda isə elə özü idi, olduğu kimi. Sərt baxışlarını sevdiyim sənətkarın bu gün ölümündən 1 il ötür.

Publika.az Xalq artisti, milli kino sənətimizin Həzi Aslanovu Ramiz Novruzu yad edir.

Ramiz Novruz 1955-ci il, mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun kursunda təhsil alıb. Təyinatla Hüseyin Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada ona həvalə edilən rolların öhdəsindən məharətlə gəlib.
Azərbaycanın məşhur "General"ını belə tapıblar: Gördüm ki, şəkillərimə baxırlarRamiz Novruz 1981-ci ildən ömrünün sonuna kimi yaradıcılıq yolunu Akademik Milli Dram Teatrı ilə bağlayır. Elə ilk gündən istedadlı aktyora irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. "Xurşidbanu Natəvan", "Şeyx Xiyabani", "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı", "Bizim qəribə taleyimiz", "Hökmdar və qızı", "Maqbet", "Kral Lir", "Medeya", "İblis", "Mənim sevimli dəlim", "Hələ "sevirəm" deməmişdilər…", "Yad qızı", "Silindr", "Müfəttiş", "Topal Teymur", "Kreyser sonatası", "Dodaqdan qəlbə", "Xəcalət" və bu kimi onlarla səhnə əsərində öz üslubu, dəsti-xətti, geniş yaradıcılıq imkanları aktyorun uğurunun əsas səbəblərindən olub.

Ramiz Novruz həm də özünü yazıçı kimi sınamağı bacarıb. Və bu onda uğurlu alınıb desək, yanılmarıq. Onun qələmə aldığı pyeslərdən ikisinə səhnə həyatı verilib. "At ilinin birinci ayı" adlı 20 Yanvar hadisələrindən bəhs edən pyesi 1992-ci ildə Gəncə teatrında Əməkdar incəsənət xadimi Bəhraç Osmanovun quruluşunda səhnələşdirilib. 1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər" pyesi də Bəhram Osmanovun rejissorluğu ilə Dövlət Akademik Milli Dram Teatrında 2002-ci ildə tamaşaya qoyulub. Yaxşı xatırlayıram həmin səhnə əsərini. Hər dəfə eyni həvəslə izləyərdik o tamaşanı. Tamaşaçısı, alqışı da bol olardı hər nümayişdə.
Azərbaycanın məşhur "General"ını belə tapıblar: Gördüm ki, şəkillərimə baxırlarAktyor hətta özünü tərcüməçi kimi də sınayıb. Eduardo de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib və rejissor kimi səhnələşdirərək, tamaşa da aktyor kimi çıxış edib. Onun səsi Azərbaycan dublyaj sənətində ən gözəl səslərdən biri olub. Hətta bir müddət Azərbaycan Televiziyasında özünü aparıcı kimi də sınayıb. "Mən Azərbaycanlıyam" adlı intellektual verilişin ən sevilən aparıcılarından biri olmağı bacarıb.

Milli kino sənətimizdən bir Ramiz Novruz rüzgarı əsib keçib. İstedadlı aktyor "Cavad xan", "Cavid ömrü", "Qorxma, mən səninləyəm", "Nizami", "Sarı gəlin", "Sizi dünyalar qədər sevirdim", "Sonuncu dərviş", "Ümid" filmlərində yaddaqalan obrazlarla tarixdə qalmağı bacarıb. Onu tarixiləşdirən həm "Sizi dünyalar qədər sevirdim" filmindəki Həzi Aslanov obrazı olub
Azərbaycanın məşhur "General"ını belə tapıblar: Gördüm ki, şəkillərimə baxırlarAktyor müsahibələrinin birində bu film haqqında belə deyib:

"Günlərin birində kinostudiyaya getmişdim. Dublyaja çağırmışdılar. Bir dostum mənə demişdi ki, Həzi Aslanov haqqında film çəkilir, rollar çoxdur, siz də gəlin. Dublyajdan çıxanda bu söz yadıma düşdü. Düşündüm ki, kinostudiyaya həmişə gələn deyiləm. Gəlmişkən elə bir şəkil də çəkdirim. Kinostudiyaya giriş buraxılış vərəqəsi ilə olduğundan tez-tez gedə bilmirdik.

Kinostudiyaya bir yerdə getdiyim dostum Salehə fikrimi bildirdim. O çəkdirmədi. Mən isə çəkdirdim. Salehi qınamalı deyildi. Bizim hər birimizdə belə bir stereotip yaranmışdı ki, onsuz da, baş rola çəkiləcək aktyoru qabaqcadan bilirlər. Sadəcə plan doldurub quş qoymaq xətrinə bizi də çəkirlər ki, beş-altı aktyoru sınadıq. Bir həftə sonra məni kinostudiyaya çağırdılar. Gördüm Ramiz Fətəliyev və Rasim İsmayılov mənim şəkillərimə baxırlar. Ramiz müəllim şəkillərə baxa-baxa söylədi ki, Hamlet Xanızadə deyib ki, Ramiz Novruz çox istedadlı oğlandır, onu da yoxlayın. Xeyirxah münasibətinə görə, Hamlet Xanızadənin ruhuna bu gün də dualar oxuyur, rəhmət diləyirəm.

Sınağa iyirmi aktyor çəkildik. Ələndik, beş-altı nəfər qaldı. Qalan beş-altı aktyordan biri Belarusda yaşayan azərbaycanlı idi. Çəkilişlərdə hiss edirdim ki, rejissorun gözü artıq məni tutub. O birilər təcrübəli aktyorlar idilər. Bilirdilər ki, kamera qarşısında necə dayanmaq lazımdır. Kino qanunlarını bildiklərinə görə, bir az sıxıntılı oynamışdılar. Mən isə bunları bilmədiyimə görə, təbii oynamışdım. Həzi Aslanov rolu bu dərəcədə inandırıcı alınıbsa, mənim üçün bundan böyük sevinc nə ola bilər?! Yolda gedərkən kimsə ayaq saxlayıb "Həzi Aslanov rolunda oynayan aktyordur" deyəndə sanki dünyanı mənə bağışlayırlar".
Azərbaycanın məşhur "General"ını belə tapıblar: Gördüm ki, şəkillərimə baxırlarTeatr sənətindəki xidmətlərinə görə, Ramiz Novruz 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, dəfələrlə Prezident Mükafatına layiq görülüb.

Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti 2023-cü il fevralın 21-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, hələ sağlığında sevgisini də qazandı, hörmətini də. Hələ sağ ikən açıqsözlülüyü, haqqın yanında olmağı, gənclərə xüsusi rəğbəti və dəstəyi ilə də ürəklərə yol tapmağı bacardı. Ruhunuz şad olsun, sənətkar!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1318   Tarix: 22 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr