Ev alarkən buna diqqət edin! - Külli miqdarda pul itirə bilərsiniz

Ev alarkən buna diqqət edin! - Külli miqdarda pul itirə bilərsinizPaytaxtın demək olar ki, hər yerində sürətlə yeni binalar tikilir. Müxtəlif qiymətə təklif edilən mənzillərdən dəniz mənzərəli, panoraması olanları daha baha satılır. Hazırda əmlak bazarında belə mənzillərin qiyməti digərlərindən azı 15-20 min manat bahadır.

İnsanların panorama üçün bu qədər yüksək məbləğ ödəməsinin digər səbəbi də əmlaka əlavə dəyər qatmasıdır. Bəs görəsən zövq aldığınız mənzərənin davamlı olacağına zəmanət verilirmi? Alıcılar yeni tikilən binaların gələcəkdə həmin mənzərənin önünü kəsə biləcəyini düşünürmü?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak eksperti Ramil Qasımzadə bildirib ki, bu cür hallarla bağlı heç bir hüquqi pozuntu yoxdur:

"Vətəndaş bunu mənzil alarkən yerdən asılı olaraq dəqiqləşdirməlidir. MTK hər hansı mənzili satarkən onun dəniz mənzərəsi olub-olmamasını faktiki vəziyyətinə uyğun olaraq müəyyən edir. Zaman keçdikcə ola bilər ki, həmin ərazidə hansısa başqa bir sahibkar tərəfindən yeni bina ucaldılsın. Bu zaman hər hansı bir MTK-nı günahlandırmaq olmaz və burada hüquq pozuntusundan söhbət getmir. Çünki illər keçdikcə hansısa bina sökülə və onun yerində yeni və daha hündürmərtəbəli bina inşa oluna bilər. Təbii ki, vətəndaş özü bu məsələlərdən məlumatlı olmalıdır. Baş plana nəzər salmalı və aldığı binanın mərtəbəsinə diqqət etməlidir. Əgər bina 6 mərtəbəlidirsə, hər zaman bu təhlükəni gözə almalıdır. Risk daşımayan mərtəbələr 12-16-cı mərtəbələrdir. Fikir versək görərik ki, ən baha mənzillər də məhz bu mərtəbələrdəkilərdir. Bakının müxtəlif yerlərində bu problem özünü göstərir. Vətəndaş dəniz mənzərəli mənzil istəyirsə, ilk öncə binanın yerləşdiyi yerin ətrafına nəzər yetirməli, gələcəkdə tikinti ehtimalının yüksək olub-olmamasını dəqiqləşdirməlidir".

Ekspert dəniz mənzərəli mənzillərin digərlərinə nisbətən olduqca baha satıldığını diqqətə çatdırıb:

"Bu məsələdə müvafiq icra hakimiyyətinə, Şəhərsalma və Arxitektura Komistəsinə müraciət edib, həmin ərazidə hündürmərtəbəli binanın tikilib-tikilməyəcəyi ilə bağlı məlumat almaq olar. Çünki artıq bu Baş Planda təsdiq olunub və bu barədə məlumat verə bilirlər. Dəniz mənzərəli panorama mənzillərin qiymətləri eyni mərtəbədə olan digər mənzillərə nisbətən 15-20 faiz daha baha olur. Məsələn, binada yerləşən adi mənzil 100 minə təklif olunursa, dəniz mənzərəsi olan mənzil 120 min manata satılır. Hətta bəzən bu qiymət 130-140 min manata qədər gedib çıxır. Məlumat üçün bildirim ki, hündürmərtəbəli binalarda ən ideal mənzillər 10-12-ci mərtəbələrdə olan mənzillər hesab olunur. Aşağı mərtəbələr və ən üst mərtəbə isə nisbətən ucuz təklif edilir. Vətəndaş isə daha çox 8-13-cü mərtəbələrə üstünlük verir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1412   Tarix: 22 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr