"Vaxtında tədbir görülməsə gələcəyin potensial cinayətkarları böyüyəcək" - ARAŞDIRMA

"Vaxtında tədbir görülməsə gələcəyin potensial cinayətkarları böyüyəcək" - ARAŞDIRMASon vaxtlar ölkədə baş verən hadisələrə diqqət yetirsək, xüsusi amansızlıqla törədilən qətllərin, valideynin uşağa, uşaqların isə bir-birinə etdikləri zorakılıqların xəbərlərini görürük. Belə ki, qətl, işgəncə və bullinq videoları insan psixologiyasında dərin iz buraxır. Xüsusilə yeniyetmələrdə bu halları müşahidə etmək mümkündür. Ölkədə qətllərin, o cümlədən zorakılıqların artmasının səbəbi nədir?

Məsələ ilə bağlı, klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov və sosioloq Üzeyir Şəfiyev Sonxeber.az-a açıqlama verib. Psixoterapevt Rövşən Nəcəfovun sözlərinə görə, hadisələrə psixoloji aspektdən baxdığımız zaman müşahidə edirik ki, bütün bunların olması psixoloji mühitin qeyri-sağlam olmasından irəli gəlir:
"Vaxtında tədbir görülməsə gələcəyin potensial cinayətkarları böyüyəcək" - ARAŞDIRMA"Psixoloji mühit sağlam olmadıqda insanlar bir-birinə qarşı öz nifrətlərini ifadə edirlər. Hər kəs anlamalıdır ki, şəxsin psixoloji problemi və narahatlığı, psixoloji pozuntusu xəstəliyi olması normaldır. Belə halda mütləq mütəxəssisə müraciət etmək lazımdır. O zaman şəxsə biz dəstək olmuş oluruq. Digər məqam odur ki, qətl hadisəsinin baş verməsi cəmiyyətdə iki halda müşahidə olunur. Biri qəsdən adam öldürmədir. Yəni şəxsin şüurlu şəkildə cinayəti törətməsidir. Digər isə şəxsin artıq psixoloji olaraq nizamsızlığıdır. Ümumiyyətlə psixoloji halın nizamsızlığı odur ki, cəmiyyətdə şəxs qeyri-adekvat davranır. İstər nitqində, istərsə də davranışlarında biz bunu aydın şəkildə müşahidə edə bilərik. Valideynlərin ailələrdə övladları ilə davranışlarında qeyri-adekvat və qeyri-sağlam olması hansısa psixoloji halın nizamsızlığından irəli gəlir. Əgər valideynlər arasında aqressiya varsa, o aqressiya mütləq övladlarınada yansıyacaq. Şiddət görən övlad şiddət, sevgi girən övlad isə sevgini öyrənəcək. Valideynlərin övladlarına cəza olaraq şiddət tətbiq etməsi doğru deyil. Onlar gələcəyin potensial cinayətkarını böyüdürlər. Başqalarının həyatına maneə olan bir şəxsi böyüdəcəklər. Bunun normal olduğunu düşünən insanları yetişdirəcəklər. Valideynlər anlamalıdır ki, övladları onların şəxsi mülki deyil. Onlar cəmiyyətdə faydalı insanlar yetişdirməlidir. İnsanın ilk və müqəddəs peşəsi yaşamaq olub. Əsas vəzifə öhdəliyi isə başqasını yaşatmaq olub. Biz övladlarımıza başqaları ilə yaşamağı öyrətməliyik. Sevgini aşılamalı və övlad başqaları ilə cəmiyyətdə yaşayarkən daha müsbət davranışlar və nitqlər ilə rastlaşacaq. Ümumi proses və psixoloji maarifləndirmə işləri aparılmalıdır. İstər ailələrdə, istərsə də cəmiyyətdə bu addımların fəaliyyət dairəsini genişləndirmək lazımdır. O zaman biz sağlam cəmiyyətin təməlini qoymuş olarıq. Əks halda bizim biganə qaldığımız hər şey və hər kəs bizim və övladımızın qarşısına çıxacaqdır".

Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, əvvəllər belə hallar oldu. Qətl hadisələri, o cümlədən valideynlərin uşaqlara zor tətbiqi halları ilə üzləşirdik. Nəinki valideynlər, o cümlədən məktəbdə də baş verirdi. İndi isə artıq informasiyalara əlçatanlıq artıb:
"Vaxtında tədbir görülməsə gələcəyin potensial cinayətkarları böyüyəcək" - ARAŞDIRMA"İnformasiya yayım imkanları artıb. Bu günləri insanların həyatına, məişətinə internet resursları daha çox daxil olduğuna görə, sözügedən hallar tez-tez tirajlanır. Bu halların sayı artıb. Doğrudur. Statistikada artım dinamikası var. Amma artım dinamikasının bir təzahürü odur ki, belə hadisələrin mətbuata yansıması çoxalıb. Bunu həm də bu şəkildə başa düşməliyik. Amma bütövlükdə danışsaq, qətl hadisələri, uşaqlar arasında məktəblərdə və məişət zəminində problemlər var. Onların bir çox səbəbləri var. Mən istəməzdim ki, tək səbəbə fokuslanaq. Mətbuatın, sosial şəbəkə vahidlərinin kontentlərini analiz etsək görərik ki, burada kriminal xəbər üstünlük təşkil edir. Hətta işlənməmiş və emal olunmamış xəbər daha çox yer alır. Eyni zamanda internetdə intihara, özünə qəsdə meyillilik yaradan oyunlar çoxdur. Sosial şəbəkə vahidlərində "kriminal aləm"in "qəhrəmanlar"ı ilə bağlı məlumatlar paylaşılır. Cinayət aleminin "qəhrəman"ları haqqında dəbdəbəli sözlər, onların keçmişi haqqında sosial şəbəkələr üzərindən canlı yayımlar verirlər. Bu hallar psixologiyası bərkiməmiş uşaqlara yanlış istiqamət verir. Onlar elə bilir ki, bu şəxslər haqqında çox danışırsa, mətbuatda xəbərləri çıxırsa deməli bu adam düz yaşayır. Bu xəbərlər açıq şəkildə "Media" haqqında qanunun pozuntusudur. Qanunun 14-cü maddəsinə fikir versək bunu görə bilərik. Ölkə başçısının uşaqların zərərli informasiyadan qorunması ilə bağlı imzaladığı qanun var və bu kimi addımlar da həmin qanuna ziddir. Uşaqlar elə bilir ki, bu tərz düzgündür. Çünki bunlardan neçə il keçməsinə baxmayaraq cinayətkarlar haqqında nə qədər məqalələr yazırlar. Uşaqların formalaşmasında təkcə ailə və məktəb yox, media vasitələri də sosiallaşmaya xidmət edir. Sosiallaşma institutu olduğuna görə, KİV-lərin və sosial şəbəkə vahidlərinin uşaqlara mənfi təsirinin qarşısını alınması ilə bağlı fikirləşməliyik. Bəzi Avropa ölkələrində, o cümlədən qardaş Türkiyədə sosial şəbəkə vahidlərini tənzimləyən qanunlar var. Burada həm də onların giriş çıxışına belə limit var. Yaşlıların şəbəkədən istifadə limiti var. Hətta Almaniya həmin operatorlar ilə əlaqə saxlayaraq razılaşıblar. 2017-ci ildə onlarla razılaşma əldə edilib ki, saxta adlar və plagiatlar ilə, eyni zamanda şəbəkədə insanları alçaldan adamların kimliklərinin müəyyən edilməsi, hüquq-mühafizə orqanlarına çatdırılması ilə bağlı razılaşma əldə olunub. Bu addımı biz də ata bilərik. Bu bir səbəbdir".

Sosioloq qeyd edib ki, bir vaxtlar yayılan "mavi balina" oyununun nə qədər uşaqlara təsiri oldu. Neçə uşaq və yeniyetmə intihara sövq edildi. Nəticə etibarilə aydın oldu ki, bu oyun uşaqların həyatını məhv edir. Bu amil sosial şəbəkələr üçün də keçərlidir:

" "TikTok" sosial şəbəkə vahidi kimi Çinə məxsusdur. Amma Çin öz ölkəsində bu platformanı qadağa edib. Onun analoji variantını istifadə edir. Eyni zamanda öz ölkəsində platformanın analoji variantını istifadə etmək üçün uşaqlara 40 dəqiqəlik vaxt limiti qoyulub. Artıq tədqiqatlarda müəyyənləşdirib ki, uşaqlarda sosial şəbəkələr klinik düşüncə sindromu yaradır. Bir neçə saniyədə onlarla informasiyaya baxmaq uşaqlarda analitik qabiliyyəti, riyazi-məntiqi təfəkkürü yoxa çıxardır. Çox yaxşı olar ki, bizdə də sosial şəbəkə vahidlərini tənzimləyən qanun olsun. Əgər fəaliyyət varsa, onu tənzimləyən qanunda olmalıdır. Qətllərin, zorakılıqların qarşısını almaq üçün bunlara ehtiyac var. Valideynlərin uşaq üzərində nəzarəti olmalıdır. Valideyn anlamalıdır ki, əvvəlki dövr deyil. Təkcə məktəb və ailə sosiallaşma institutu kimi rol oynamır. Bilməlidir ki, uşağı kiminlə yoldaşlıq edir, kiminlə dostluq edir. Valideynlər uşaqlarına yumşaq nəzarət mexanizmi tətbiq etməlidir. Elə uşaqlar var ki, orta məktəbdə və küçədə öz həmyaşıdı tərəfindən bullinqə məruz qalır. Son baş verən hadisələrdən məlum göründü ki, valideyn-övlad münasibətləri təkmilləşdirilməlidir. Övlad valideyn ilə problemlərini bölüşməyi bacarmalıdır. İndiki dövrdə artıq valideynin məsuliyyəti artıb. Valideynlərin arqumenti odur ki, işləyir yaxud çörək qazanırlar. Ancaq heç bir səbəb uşaq üzərində nəzarətinə əsas verə bilməz. Sonradan artıq çox çətin olur. Elə bir uşaq böyüdülür ki, qarşıdakı zamanda həm özünə, həm də ətrafdakılara ziyan verə bilər. Azərbaycanda narkotikdən istifadə edən yeniyetmələr var. Bu böyük bir problemdir. Buna görə qabaqlayıcı tədbirlər görülməlidir. Mənim sözüm odur ki, sosiallaşma institutu sağlam olmalıdır. Televiziyalar və KİV-lər pozitiv mesajlar ötürməlidir. Uşaqlar ilə bağlı intellektual verilişlər çox olmaldır. İnnovativ fikirlər aşılayan proqramların sayı artırılmalıdır. Eyni zamanda Gənclər və İdman Nazirliyi bu istiqamətdə layihələr təşkil etsin. Digər qurumlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müştərək-sistemli tədbirlər görməlidir və buna ehtiyac var. O cümlədən bildirmək istəyirəm ki, burada boşanmaların da öz təsiri var. Natamam ailədə böyüyən uşaqların sayı çoxalır. Natamam ailədə böyüyən uşaqlara valideynlər nəzarət edə bilmir. Bu da uşaqlarda davranış pozuntularına gətirib çıxarır". 

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3333   Tarix: 22 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr