Azərbaycanda bu rayonlar birləşdirilə bilər - AÇIQLAMA

Azərbaycanda bu rayonlar birləşdirilə bilər - AÇIQLAMAAzərbaycan ərazi bütövlüyünü tam bərpa etdikdən sonra, qarşıda yeni bir dövr başlayır. Verilən mesajlardan aydındır ki, yeni dövrdə xüsusən ölkənin idarəetmə məsələsində bir sıra dəyişikliklərin edilməsi mümkündür. Gündəmdə olan mövzulardan biri də ölkənin inzibati-ərazi bölgüsüdür. Azərbaycanda rayonların birləşdirilməsi mümkündür?

Məsələ ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az-a açıqlamasında bildirib ki, rayonların birləşdirilməsi mövzusu ictimaiyyətdən uzaq kütlə predmetidir. Azərbaycandakı rayonlarının sayının çoxluğu, hər rayondakı icra hakimiyyətləri və onların institutlarının ümumrespublika ilə müqayisədə çoxluğu davamlı şəkildə müzakirə olunur:

"Hətta təkliflərdən biri də 14 iqtisadi rayon ətrafında birləşməyə gedilməsidir. Tam bir federallaşma olmasa da, hibrid bir inzibati sistemin yaradılması məsələsi mövcuddur. Şəxsi görüşüm bu yöndədir ki, ümumiyyətlə Azərbaycan miqyasında rayonlarımızın sayı kifayət qədər çoxdur. Bu da ayrı-ayrılıqda rayonların idarə edilməsini çətinləşdirir. Hazırda Bakı əsas iqtisadi mərkəz sayılır. Yəni Bakı, Sumqayıt və ətraf əraziləri götürürük. Ümumiyyətlə Bakıya nəzər salaq. Bakı özü-özlüyündə bir şəhərdir. Hətta meqapolis olmağa hazırda iddialıdır. Ölkə əhalisinin böyük bir qismi paytaxt Bakı və ətraf ərazilərdə yaşayır. Bakının inkişaf səviyyəsi digər 13 iqtisadi rayon ilə müqayisədə çox öndədir. Bakı özü də ayrı-ayrılıqda iqtisadi rayonlardan ibarətdir. Bu baxımdan deyə bilərik ki, bu rayonlarda bənzər formada birləşə bilər. Gəncə ətrafındakı rayonlar Xanlar, Göygöl, Hacıkənd kimi bölgələrin Gəncə şəhəri ətrafında birləşməsi Gəncə şəhərinin rayonları halına gəlməsidir".

Politoloq qeyd edib ki, 80-90-cı illərdə Türkiyədə bənzər tendensiya mövcud idi. İstanbul, Ankara və İzmir kimi ərazilərə daha çox axınlar var idi:

"Bu gün baxdıqda Diyarbəkir, Adana və Konya kimi ərazilərdə inkişaf edir. Artıq insanlar bu ərazilərdə belə işləyə bilir. Azərbaycanda bənzər formada addımlar atsa, məsələn: Quba Lənkəran, Bərdə, Gəncə və Qazax kimi ərazilərin ətrafında bir mərkəzləşmə aparıla bilər. Bu həm Bakının yükünü azaldar, həm də siyasi idarəetmənin şəffaflaşmasına, optimallaşmasına gətirib çıxara bilər. Ümumiləşdirsək rayonların ləğvinə ehtiyac yoxdur. Amma inzibati idarəetmədə dəyişikliklərin edilməsinə ehtiyac var. Yəni ayrı-ayrı rayonları icra hakimiyyətləri vasitəsilə deyil, bələdiyyələr və onların tabe olduğu mərkəzi bir şəhər bələdiyyəsi ilə əvəzləmək olar. Bu zamanda bu addımlar iqtisadi-siyasi inkişafa gətirib çıxara bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 30103   Tarix: 23 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr