Azərbaycanda bu rayonlar birləşdirilə bilər - AÇIQLAMA
Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdikdən sonra, qarşıda yeni bir dövr başlayır. Verilən mesajlardan aydındır ki, yeni dövrdə xüsusən ölkənin idarəetmə məsələsində bir sıra dəyişikliklərin edilməsi mümkündür. Gündəmdə olan mövzulardan biri də ölkənin inzibati-ərazi bölgüsüdür. Azərbaycanda rayonların birləşdirilməsi mümkündür?
Məsələ ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az-a açıqlamasında bildirib ki, rayonların birləşdirilməsi mövzusu ictimaiyyətdən uzaq kütlə predmetidir. Azərbaycandakı rayonlarının sayının çoxluğu, hər rayondakı icra hakimiyyətləri və onların institutlarının ümumrespublika ilə müqayisədə çoxluğu davamlı şəkildə müzakirə olunur:
"Hətta təkliflərdən biri də 14 iqtisadi rayon ətrafında birləşməyə gedilməsidir. Tam bir federallaşma olmasa da, hibrid bir inzibati sistemin yaradılması məsələsi mövcuddur. Şəxsi görüşüm bu yöndədir ki, ümumiyyətlə Azərbaycan miqyasında rayonlarımızın sayı kifayət qədər çoxdur. Bu da ayrı-ayrılıqda rayonların idarə edilməsini çətinləşdirir. Hazırda Bakı əsas iqtisadi mərkəz sayılır. Yəni Bakı, Sumqayıt və ətraf əraziləri götürürük. Ümumiyyətlə Bakıya nəzər salaq. Bakı özü-özlüyündə bir şəhərdir. Hətta meqapolis olmağa hazırda iddialıdır. Ölkə əhalisinin böyük bir qismi paytaxt Bakı və ətraf ərazilərdə yaşayır. Bakının inkişaf səviyyəsi digər 13 iqtisadi rayon ilə müqayisədə çox öndədir. Bakı özü də ayrı-ayrılıqda iqtisadi rayonlardan ibarətdir. Bu baxımdan deyə bilərik ki, bu rayonlarda bənzər formada birləşə bilər. Gəncə ətrafındakı rayonlar Xanlar, Göygöl, Hacıkənd kimi bölgələrin Gəncə şəhəri ətrafında birləşməsi Gəncə şəhərinin rayonları halına gəlməsidir".
Politoloq qeyd edib ki, 80-90-cı illərdə Türkiyədə bənzər tendensiya mövcud idi. İstanbul, Ankara və İzmir kimi ərazilərə daha çox axınlar var idi:
"Bu gün baxdıqda Diyarbəkir, Adana və Konya kimi ərazilərdə inkişaf edir. Artıq insanlar bu ərazilərdə belə işləyə bilir. Azərbaycanda bənzər formada addımlar atsa, məsələn: Quba Lənkəran, Bərdə, Gəncə və Qazax kimi ərazilərin ətrafında bir mərkəzləşmə aparıla bilər. Bu həm Bakının yükünü azaldar, həm də siyasi idarəetmənin şəffaflaşmasına, optimallaşmasına gətirib çıxara bilər. Ümumiləşdirsək rayonların ləğvinə ehtiyac yoxdur. Amma inzibati idarəetmədə dəyişikliklərin edilməsinə ehtiyac var. Yəni ayrı-ayrı rayonları icra hakimiyyətləri vasitəsilə deyil, bələdiyyələr və onların tabe olduğu mərkəzi bir şəhər bələdiyyəsi ilə əvəzləmək olar. Bu zamanda bu addımlar iqtisadi-siyasi inkişafa gətirib çıxara bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 29485 Tarix: 23 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
WUF13-ün birinci günü başa çatıb - FOTOLAR
Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının birinci günü başa çatıb. "Report" xəbər verir ki, tədbir Bakı Olimpiya Stadionunda keçirilir. İlk günün zəngin proqramı çərçivəsində nazirlərin iclası, nazirlərin dəyirmi masası, eləcə də nazirlər səviyyəsində panel müzakirələri keçirilib
17 mayBMT nümayəndəsi: "Mənzillərdə günəş enerjilərindən istifadə edilməlidir"
"Bununla yanaşı, iqlim dəyişikliyi və geosiyasi proseslərin şəhərsalma siyasətinə təsiri əsas amillərdən biri olmalıdır". xəbər verir ki, bu fikirləri Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezident
17 mayUşağa görə verilən pul ARTIRILACAQ
Üç yaşınadək uşağa qulluğa görə verilən müavinət artırıla bilər. -ın məlumatına görə, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən sosial müavinətin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Məqsəd azyaşlı uşaqları olan ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsidir
17 mayKOBİA rəsmisi: "Şəhərsalma təkcə binaların tikilməsindən ibarət deyil"
Bu gün şəhərsalma təkcə binaların tikilməsindən ibarət deyil, həm də insanların yaşaması üçün rahat, səmərəli və davamlı məkanların yaradılması deməkdir. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfə
17 may"Maşın" şou yenidən başlayır - Foto
Azərbaycanın efir məkanının ən məşhur və səs-küylü realiti şousu "Maşın" yenidən başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Xəzər" telekanalının baş prodüseri Toğrul Məmmədov paylaşım edib. O, tarixi açıqlamasa da, paylaşıma "loading" yazaraq, şounun tezlikl
18 maySALGA: Son 30 ildə Cənubi Afrikada tikinti sıxlığı təmin edilməyib
Cənubi Afrikada son 30 ildəki transformasiyanın səhvlərindən biri tikinti sıxlığını təmin etməmək olub. "Report" xəbər verir ki, bunu Cənubi Afrika Yerli Özünüidarəetmə Assosiasiyasının (SALGA) baş icraçı direktoru Sithole Mbanga Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13
17 mayPrezident İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotova ilə görüşüb
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, xəbər verir ki, ali qonaq bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və görü
17 mayNəsillərarası travma insan həyatına necə təsir edir? - PSİXOLOQ
Bəzən insan səbəbini anlamadığı qorxu, narahatlıq və ya emosional yük daşıyır. Maraqlıdır ki, bəzi hisslər və davranışlar insanın öz yaşantısından deyil, ailə tarixindən və əvvəlki nəsillərin keçirdiyi ağır travmalardan qaynaqlana bilər. Bəs irsi travmalar necə yaranır və insan həyatına hansı formad
18 may