"Azərmaş lizinq"ə şok ittiham: "Krediti gecikdirən avtomobil sahiblərini təqib edirlər…" – MMC isə deyilənləri təkzib edir

"Azərmaş lizinq"ə şok ittiham: "Krediti gecikdirən avtomobil sahiblərini təqib edirlər…" – MMC isə deyilənləri təkzib edir"Bakıda yeni reketlər peyda olub. Son günlər müxtəlif şəxslərdən, müxtəlif mənbələrdən məlumatlar almaqdayam. Bir qədər də özüm dəqiqləşdirmə apardım. Demək, Bakıda müxtəlif kredit-lizinq təşkilatları var ki, vətəndaşlara xoş və "şirin" vədlərlə avtomobil krediti ayırır. Daha sonra 3-5 gün (üzrlü və ya üzrsüz səbəblərdən) vətəndaşlar krediti yubadan kimi işə bu kredit-lizinq təşkilatlarının "problemli şöbəsi" qarışır. Hansı ki bu "şöbə" elə özü başdan-ayağa problemdir. Bu problemli şöbənin rəhbərliyi isə tam qeyri-qanuni olaraq qolu zorlu əməkdaşlarını salır Bakı küçələrinə. Bu şəxslər də Bakının ortasında avtomobillərə qanunsuz olaraq "saxla" əmri verir. Beləliklə, bilavasitə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Dövlət Yol Polisinin səlahiyyətlərini mənimsəyirlər. Amma fərqində deyillər! "Kabinet"də oturmuş "problemli şöbənin problemli rəhbərinin" qeyri-qanuni tapşırığını icra edirlər! Anlamırlar ki, sürücüyə "saxla" əmrini yalnız polis əməkdaşı verə bilər. Əlqərəz, vətəndaşlarımız isə tam doğru olaraq, xüsusi jarqon və xüsusilə də kobud ifadələrlə (tonla) qanunsuz "saxla" əmri verən bu enlikürək mülki geyimli şəxslərdən rahatsız olaraq, onların qanunsuz əmrlərinə tabe olmayaraq hərəkəti davam etdirdikdə bu şəxslər başlayırlar vətəndaşı qovmağa, təqib etməyə".

Pravda.az xəbər verir ki, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bu iddianı "Azərmaş lizinq" MMC-nin fəaliyyəti barədə səsləndirib.

"Polisin qanuni vəzifəsini mənimsəməklə yanaşı, vətəndaşın azad və sərbəst hərəkət etmək hüququnu kobud pozmuş olurlar. Eyni zamanda vətəndaşı yolda sıxışdıraraq qəza törətməsinə zəmin yaradırlar. Bu da azmış kimi vətəndaş həyətinə daxil olduqda, Konstitusiya ilə vətəndaşın qorunan mülkiyyət toxunulmazlığını kobud formada pozaraq heç bir məhkəmə qərarı olmadan vətəndaşın xüsusi̇ mülki̇yyəti̇nə daxil olur, əməllərini tamamlayırlar… Nə var, nə var, hər əmri icra etdikdə kabinetdə oturan "problemli şöbənin rəisindən" 100 manat pul alacaqlar… Yəni bu boyda qanunsuzluq 100 manatın başındadır… Otaqda oturan "problemli şöbənin rəisi" də vətəndaşdan aylıq kreditdən əlavə nəsə rüşvət alacaq! Qanunları saymırsınız! Unudursunuz ki, hüquqi dövlətdə yaşayırıq?! Anlamırsınız ki, bu etdikləriniz qanunsuzdur! Bütün bu özbaşınalıqların, qanunsuzluqların başında isə "Azərmaş lizinq" MMC-nin problemli kreditlərlə iş şöbəsinin müdiri Ramin adlı şəxs dayanır! Maşın sahiblərindən, sahibkarlardan kreditdən əlavə aldığı rüşvətlərin hamısının sübutları mənə təqdim edilib. Aidiyyatı dövlət qurumlarına təqdim edəcəyəm. O, iş adamlarını təhdid altında saxlayır. Amma unudur ki, dövlət bu kimi sui-istifadə hallarını və qanunsuzluqları bağışlamaz. Son olaraq aidiyyatı qurumlardan, xüsusilə də, Daxili İşlər Nazirliyindən, Azərbaycan Respublikasının Baş Prokurorluğundan və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən "AzərMaş" MMC adlı bu qurumun, eyni zamanda bu qurumun məsul şəxsi Raminin qanunsuz əməllərinə hüquqi qiymət vermələrini xahiş edirəm. İnanıram ki, bu rekertliyə və qanuna zidd əməllərə ən qısa zamanda son qoyulacaq. Yuxarıda göstərdiyim şəxsə və MMC-yə Azərbaycanda 1990-cı illər olmadığı, oturuşmuş dövlətçilik və qanunçuluq ənənələri olduğu xatırladılacaq. Ramin adlı "qoçu dəstənin rəhbərinin" şəxsi bank hesabına bu günədək köçürülmüş mənə məlum qanunsuz köçürmələrin "screen"lərini paylaşacağam".

Pravda.az məsələni aydınlaşdırmaq üçün Ramin adlı şəxslə əlaqə saxlayıb. O, soyadını açıqlamaq istəməyib, amma iddiaların həqiqətəuyğun olmadığını bildirib.

"Biz hansı zəmanədə, hansı dövlətdə yaşayırıq? 1991-1992-ci illərdə belə şeylər ola bilərdi. Artıq o zəmanədə yaşamırıq. Hər şey qanuni şəkildə həyata keçirilir, heç bir problem yoxdur. Şirkətə gələ bilərsiniz, sənəd əsasında göstərə bilərik. Normal insanlar gəlir, normal qaydada kreditini ödəyir. Yəqin ki, kimsə kreditini vaxtında ödəməyib, maşınını əlindən alıblar, ya da bankla bağlı problemi yaranıb, işi məhkəmədə olub. Məni də tanıyır, adımı bilir, gedib ağzına gələni yazır. Onsuz da hamıdan yazırlar. Bu xüsusiyyət insanlarda var", - o qeyd edib.

Şirkət rəsmisi A.Şakiroğlunun "Ramin adlı "qoçu dəstənin rəhbərinin" şəxsi bank hesabına bu günədək köçürülmüş qanunsuz köçürmələrin "screen"ləri paylaşacağam" deməsinə isə belə cavab verib: "Yalan danışır. Qoy sübutlarla paylaşsın, heç bir problem yoxdur. Biz qanunsuz iş görmürük, nə etmək olmazsa, onu etmirik. Həqiqətən, yalandır, böhtan atır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1127   Tarix: 23 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr