Cütlüklər ailə qurmazdan əvvəl PSİXOLOJİ MÜAYİNƏDƏN KEÇMƏLİDİRLƏR! - AÇIQLAMA
Azərbaycanda cütlüklər sağlamlıq müayinələri zamanı psixoloji cəhətdən müayinəni nəzərdən qaçırır. Psixoloji vəziyyəti müəyyən edilməyən cütlüklər ailə quran zaman problemlər ilə üzləşir, bu da özlüyündə boşanmalara gətirib çıxarır. Bəs Azərbaycanda fizioloji sağlamlıq müayinələri ilə yanaşı, cütlüklərin məcburi olaraq psixoloji cəhətdən yoxlanılmalıdır?
Məsələ ilə bağlı psixoloq Gülər Məmmədova Sonxeber.az-a deyib ki, Hər bir cütlük sağlamlıq müayinələri və qan analizindən əlavə olaraq, psixoloji müayinədən keçməlidir:
"Psixoloji test böyük əhəmiyyət kəsb etmir. Çünki psixoloji testdə insanlar simulyasiya edə bilir. Onlar orada real cavablar verməyə bilərlər. Ona görə də yaxşı olardı ki, hər bir cütlük pasiyent olaraq psixoloq qəbuluna getsinlər. Onlar psixoloji müayinədən keçərək bir-birlərinin psixoloji durumlarını müəyyən etsinlər. Ola bilsin ki onlar orqanizm cəhətdən tam sağlam ola bilərlər. Yalnız psixoloji aspektdən onlarda uyuşmazlıq ola bilər. Burada söhbət sətri psixoloji durumdan yox, ciddi uyuşmazlıqdan gedir. Çünki bunlar get-gedə ailə qurandan sonra qarşılıqlı münasibətlərin korlanmasına və böhranlı ailəyə qədər gəlib çıxa bilir. Bu baxımdan cütlüklər birmənalı şəkildə psixoloji müayinədən keçməlidirlər".
Psixoloqun sözlərinə görə, hər bir insan psixoloji gigiyenasına fikir verməlidir:
"Amma əfsuslar olsun ki, cütlüklər bunu daha çox nəzərdən qaçırır. Onlar sanki "toyum olsun", "ailə qurum", "ənənəyə sadiq qalım" deyə evlənir. 2-3 aydan sonra korporativ bir tədbir kimi qısa müddətdə ailə münasibətlərini sonlandırırlar. Bununda səbəbi psixoloji cəhətdən uyumsuzluq, ağır nevroloji problemlərin ortaya çıxarılmamasıdır. Eyni zamanda ağır psixi və fizioloji xəstəlikləri belə müəyyən etmədən ailə quranlar sonradan peşmançılıq ilə üzləşir. Təəssüflər olsun ki, bu ya gec olur, ya da ailə natamam olaraq dağılmaq məcburiyyətində qalır. Lakin əvvəldən ölçü götürülsə və müəyyən düzəlişlər edilsə, ömürlük ailəyə çevrilə bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 936 Tarix: 23 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabrDövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
5 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabr