Keçmiş şöbə rəisi DGK-nı niyə məhkəməyə verib? – Ədalət Mehdiyevlə qurum arasındakı çəkişməsinin təfərrüatları
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin keçmiş şöbə rəisi Ədalət Mehdiyevin komitəni məhkəməyə verməsinin təfərrüatları bəlli olub.
Ədalət Mehdiyevin özü Qaynarinfo-ya açıqlamasında bildirib ki, məhkəməyə müraciət etməsi işdən çıxması ilə bağlı deyil.
"Mən öz ərizəmlə işdən çıxmışam. Təqaüd yaşım çatdığı üçün ərizə yazmışam. Yəni, məni komitə sədri Şahin Bağırov işdən çıxarmayıb", - deyə o əlavə edib.
Məhkəməyə müraciət etməsinə gəlincə, keçmiş rəis deyib ki, iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır:
"2022-ci ildə mən də daxil olmaqla 5 nəfərin işi Baş Prokuror yanında Korrurpsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. İstintaq müddətində işimdən kənarlaşdırılmışam. 11 ay araşdırma aparılıb və nəticədə məlum olub ki, bizim heç bir təqsirimiz yoxdur. Ona görə də idarə işə xitam verib. Biz də yenidən Dövlət Gömrük Komitəsinə işimizə qayıtmışıq. Həmin vaxt artıq Şahin Bağıdor komitə sədri təyin edilmişdi. O da bizi qəbul elədi, uğurlar arzuladı və dedi ki, gedin işləyib. Bir aydan sonra mənim təqaüd yaşım çatdı və öz ərizəmlə işdən çıxdım.
Məhkəməyə müraciət etməyim isə Korrupsuyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparıldığı dövrdə yığılıb qalan əmək haqqımın ödənilməsini tələb edirəm. Digər şəxlərin pulu ödənilib, bir mənimki qalıb. Ödənilməməsinin səbəbini bilmirəm. Açığı heç məbləği də bilmirəm. Bunu maliyyə idarəsi araşdırmalıdır".
Ədalət Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi olmuş Mehman Sadıqovun və DGK-nın keçmiş sədri Səfər Mehdiyevin yaxın adamı olması barədə iddiaları əsassız adlandırıb: "Necə onların adamı ola bilərəm ki, fəaliyyətimlə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Əgər mənim fəaliyyətimdə doğrudan hər hansı bir neqativ hal var idisə, əvvəlcə daxili təhqiqat aparılmalı idi. Amma Səfər Mehdiyevlə Mehman Sadıqov "materialları" birbaşa Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərdilər. Onların yaxın adamı olsaydım belə edərdilər? Bu məlumat əsassızdır. Bir daha bildirirəm ki, mənim Səfər Mehdiyev və Mehman Sadıqovla qohum deyiləm, onlarla heç bir yaxınlığım yoxdur".
Məlumat üçün deyək ki, Ədalət Mehdiyev Bakı İnzibati Məhkəməsində DGK-ya qarşı iddia qaldırıb. Ləman Musayev iş üzrə hakim təyin edilib. Məhkəmənin vaxtı hələ ki, müəyyənləşməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 967 Tarix: 23 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabrDövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
5 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabr