Firəngiz Mütəllimova Rasim Balayevə yazdığı məktubundan danışdı: "Onu hələ də saxlayıb, cırıb atmayıb"

Firəngiz Mütəllimova Rasim Balayevə yazdığı məktubundan danışdı: "Onu hələ də saxlayıb, cırıb atmayıb""Dəvətlər gəlir, amma hər seriala çəkilmək istəmirəm. Bundan sonra yalnız mən seçim edəcəyəm, məni seçməyəcəklər. Demək olar ki, sənətdə addımlayandan özüm seçim edirəm. Səmimi deyim, "Bəyin oğurlanması" filmindən sonra nəyəsə çəkilməyə dəyərdi? Əlbəttə ki, yox! Elə o bəsdir də. Sonra "Qala" filminə çəkildim. Arzum idi Rasim Balayevlə oynayım, şükür Allaha ki, bu arzumu da Allah yerinə yetirdi. 7-ci sinifdə oxuyanda bütün qızlar kimi onu mən də sevirdim. Tələbə olanda da onunla birgə çəkilmişəm. Ona məktub da yazmışdım. Rasim Balayev mənim o məktubumu saxlayıb, cırıb atmayıb".

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib. O, daha sonra efirlərə çıxmamağının səbəbindən danışıb.
"Efirlərə çıxmıram, məlum səbəb var. Bilirsiniz ki, qardaşım dünyasını dəyişib, ili hələ çıxmayıb. Sözün düzü, bu məsələni heç qabartmaq da istəmirəm. Sadəcə çox sual verirlər, verilişlərə dəvət edirlər, amma getmirəm. Bu, mənim dərdimdir. Hamının başına gələ bilər. Həyatdır, bir üzümüz gülür, bir üzümüz ağlayır. Qardaşımın ili çıxandan sonra verilişlərə çıxacağam. Heç kimdən küsməmişəm, heç kim də məni küsdürməyib" deyə sənətkar bildirib.
Xalq artisti gənclərə hər zaman dəstək olduğunu bildirib.

"Teatra gələn yeni gənclərə çalışıram qayğı göstərim, dəstək olum. Hər gəncə də demərəm, ehtiyacı olana yol göstərərəm. Yol göstərmişəm, nəticəsini də görmüşəm. Öz gəncliyimi gözümün qabağına gətirirəm. Mən də gənc olanda çoxundan dəstək gözləyirdim. O dəstəkləri görürdüm də. Heç kim bilmir ki, Allah onun alnına nə yazıb? Özü də sənət aləmində. O qədər istedadlı insanlar olub, amma hanı? Yoxdurlar! Şans da hər insana verilmir", - deyə sənətkar bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1181   Tarix: 24 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr