20 Yanvar qırğınına rəhbərlik etmiş şəxslərdən biri öldü
1985-1991-ci illərdə SSRİ-nin keçmiş baş naziri olmuş Nikolay Rıjkov 95 yaşında vəfat edib.
Bu barədə Federasiya Şurasının sədri Valentina Matvienko özünün "Telegram" kanalında məlumat verib.
Qeyd edək ki, N.Rıjkov 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsi qərarını verən şəxslərdən biridir.
"Bakıya ordu hissələrini yeritmək qərarı Mixail Qorbaçovun kabinetinə birgə qəbul olunub. İclasda SSRİ Ali sovetinin sədri Anatoli Lukyanov, müdafiə naziri Dimitri Yazov, DTK-nın sədri Kryuçkov, DİN naziri Bakatin və mən iştirak etmişik", - deyə Rıjkov qətliam barədə danışarkən bildirib.
Heç bir rəsmi fərman olmadan keçirilən bu hərbi əməliyyata rəhbərlik etməsinə gəlincə, Rıjkov siyasətlə məşğul olmadığını, ancaq "məsələni həll etdiyini" demişdi./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1297 Tarix: 28 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr