Ermənistanda saxlanılan əsgərimizlə bağlı Qızıl Xaç Komitəsindən AÇIQLAMA
Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Xidməti vəzifəsini yerinə yetirərkən hava şəraiti səbəbindən azan hərbçimizin Ermənistanda hansı şəraitdə saxlanılması ilə bağlı hələ ki məlumatlar yoxdur.
Maraqlıdır, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda saxlanılan əsgərimiz Ruslan Pənahova baş çəkəcəkmi?
Qurumun mətbuat katibi İlahə Hüseynova Bizim.Media-nın sorğusunu belə cavablandırıb:
"Biz məsələ barədə məlumatlıyıq və aidiyyəti qurumlarla ikitərəfli konfidensial dialoq aparırıq. Mandatına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərə rəftar və saxlanma şəraitini monitorinq etmək və onların ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir".
Qeyd edək ki, hərbçi Ruslan Pənahov barəsində Ermənistan İstintaq Komitəsi təxribata cəhd, qanunsuz silah-sursat saxlama və digər maddələr ilə cinayət işi açıb. Verilən məlumata görə, Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub. Hazırda işin detalları aydınlaşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3320 Tarix: 29 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabr