1 yaşına qədər olan körpələrin qızılcaya yoluxması və ölüm təhlükəsi nə qədərdir? - Pediatrdan AÇIQLAMA

1 yaşına qədər olan körpələrin qızılcaya yoluxması və ölüm təhlükəsi nə qədərdir? - Pediatrdan AÇIQLAMAYoluxucu virus infeksiyası olan qızılca, xüsusilə uşaqlar arasında ciddi sağlamlıq riski yaradır. Qızılca virusu yüksək hərarət, xarakterik qırmızı səpgi, öskürək və burun axması da daxil olmaqla bir sıra simptomlarla özünü göstərir. Bu yoluxucu xəstəlik hava-damcı, eləcə də tənəffüslə yayılır və insanların sıx olduğu yerlərdə asanlıqla bir-birlərinə ötürülür.

Qeyd edək ki, qızılca üçün peyvəndlənmənin birinci dozası uşağın 1 yaşında, ikinci dozası isə 6 yaşında aparılır.

Belə olan halda, 1 yaşdan aşağı uşaqların qızılcaya yoluxması təhlükəsi nə qədərdir? Ölüm riski varmı? Onları virusdan necə qoruyaq?

Tanınmış pediatr Vaqif Qarayev Bizim.Media-ya bildirib ki, anada immunitet olanda, 6 ayına qədər körpələrdə yoluxma ehtimalı kifayət qədər azdır:

"Lakin anada immunitet olmayanda, südəmər uşağın virusa yoluxması baş verə bilər. Konkret bir ərazidə virus tüğyan edirsə, epidemiya varsa, hamının yoluxmasını gözləmək olar. Epidemiyanı ram etmək lazımdır. Bunun üçün isə peyvəndsiz kontengenti vaksinləmək lazımdır.

O gün mətbuatda oxudum ki, 10 mindən çox uşağı peyvəndləyiblər. Bunu çoxdan etmək lazım idi. Əlbəttə ki, körpə uşaqların yoluxması çox pis haldır. Çünki onlarda immunitet aşağıdır, ağırlaşma ehtimalı çoxdur. Ağırlaşma varsa, ölüm də gözləmək olar".

Qeyd edək ki, Azətbaycanda 1 yaşına qədər olan uşaqların da qızılcaya yoluxması, hətta ölüm halı qeydə alınmsı ilə bağlı məlumatlar yayılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 777   Tarix: 01 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bugün məktəb, sabah böyük həyat - KÖŞƏ YAZISI

"A məktəb yolları, məktəb yolları,. Sizi bir an belə unutmadım mən. Bəxtiyar Vahabzadənin bu misralarında təkcə uşaqlıq xatirəsinin kövrəkliyi yoxdur. Burada insanın ömrü boyu yaddaşında daşıdığı bir həqiqət var: məktəb sadəcə bir binadan, sinif otağından, parta və lövhədən ibarət deyil. Məktə

15 sentyabr
.

Bu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq

"Tədrisi digər dillərdə aparılan siniflərdə "Azərbaycan dili - dövlət dili kimi" fənninin həftəlik saatı artırılır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırd

14 sentyabr
.

"Anam mənə çoxlu kitab alıb, hamısını oxuyacağam" - Şəhidin 6 yaşlı oğlu - Video

2020-ci ildə - Zəfər ilində doğulmuş şəhid övladları da bu gün birincə sinfə qədəm qoyurlar. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Təhsil TV" videoçarx hazırlayıb. Videoda Suqovuşanın Talış kəndində qəhrəmancasına şəhid olan Cahid Qəniyevin oğlu Fərid Qənizadənin ilk dərs günü lent

15 sentyabr
.

"Bu o demək deyil ki, sertifikasiya sualları çətinləşəcək"

"Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün böyük müsbət addım idi və ümumən nəticələri müsbət qiymətləndirə biləcəyik. 2024-cü ildən başlayaraq ibtidai təhsilə gələn uşaqlarımızın demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris alacaq". "Qafqazinfo"

14 sentyabr
.

40-dan yuxarı şagirdi olan siniflərin sayı açıqlandı

"Bizim ölkəmizdə 80 00 sinfimiz var. Bu siniflərdə 40-dan yuxarı şagirdi olan siniflərin sayı cəmi 600-dür". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu da ümumi siniflərin 1%-n

14 sentyabr
.

Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə

15 sentyabr
.

Azərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var

"Əlisəttar Atakişiyevin oğlu ilə bu günlərdə qohumlardan biri əlaqə saxlamışdı. Onların arasında telefon danışığı olub. Bilirsiniz ki, Əlisəttar Atakişiyevin filmləri bu gün efirlərdə nümayiş etdirilir və onun adına qonorar yazılır. Kinogildiyadan yığmışdılar ki, qonorarı onun oğluna necə çatdıraq

14 sentyabr
.

Nəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac

15 sentyabr
.

Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. 2026-2027-ci tədris ilində bütün təhsil pillələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində 1,

15 sentyabr