Saxlanılan şəxslərin ifadəsini mətbuata yayan şəxsləri HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Saxlanılan şəxslərin ifadəsini mətbuata yayan şəxsləri HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMAŞübhəli yaxud təqsirləndirilən şəxs istintaq altında olan cinayətlə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları yaxud dövlət ittihamçısı tərəfindən dinlənilir. İstintaq mərhələsində ifadənin qəbulu başqa şəxslər tərəfindən həyata keçirilə bilməz. Azərbaycanda istintaq mərhələsində şəxslərin ifadəsinin mətbuata yayılması hallarını görmüşük. Bu nə dərəcədə doğrudur? Saxlanılan, təqsirləndirilən şəxslərin ifadəsini yayan şəxsləri qanunvericiliklə hansı cəza gözəyir?

Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Sonxeber.az-a açıqlamasında deyib ki, şübhəli yaxud təqsirləndirilən şəxslər olur. Həmin şəxslər haqqında ibtidai araşdırma aparılır. Buna həmin şəxslərin icazəsi olmadan demək olmaz.

"Çünki Azərbaycan qanunvericiliyinə görə, Cinayət Məcəlləsinin 300-cü maddəsinə görə təhqiqat və ibtidai istintaq məlumatlarını yayma maddəsi var. Həmin o maddənin təsiri altına düşən addımlar atırlarsa, məsuliyyət yaradır. Bu zaman qeyd olunan şəxs üçün deyil, cinayət işi materialları ilə bağlı gələcəkdə ibtidai istintaqa maneəçilik yaxud digər hallarda gedişata mənfi təsir göstərə biləcək hallar üçün bu müddəa qanunvericilikdə var. Təsəvvür edin ki, kimləsə bağlı cinayət işi aparılır. Həmin şəxsin cinayət işi ilə bağlı verilən məlumatlar yayılırsa, həmin cinayət işi ilə bağlı şəxslər axtarıla bilər".

Xəyal Bəşirovun sözlərinə görə, cinayət işinin gedişatında digər sübutlar ola bilər. Kimlərsə bu məlumatları öyrənib, sübutların saxtalaşdırılması ilə bağlı addımlar ata bilərlər:

"Kimlərsə bu məlumatları öyrənib, sübutların saxtalaşdırılması ilə bağlı addımlar ata bilərlər. Axtarıla biləcək şəxslər ilə bağlı məlumat yayılacaqsa, həmin şəxslərin ibtidai istintaqdan gizlənməsi ilə bağlı işlər görülür. Təhqiqat və ibtidai istintaq məlumatlarının yayılması qanunla qadağandır. Həmin məlumatı yayan şəxslər 1000 manatdan - 2000 manata qədər cərimə, 2 ilə qədər islah işləri, 6 aya qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər. Hesab edirəm ki, bu məsələ çox ciddidir. Bu normaya mütləq şəkildə əmək etmək lazımdır. Məlumatları yayan şəxslərin niyyətləri arxasında başqa məqsəd dayanırsa, o məqsədlər ilə bağlı məsuliyyətə cəlb edilə bilərlər. Hər bir halda bu məlumatların yayılması məsuliyyət tədbirini yaradır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1076   Tarix: 01 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr