Xüsusi amansızlıqla iki və daha artıq qətl törədən şəxsləri hansı cəza gözləyir?
Son vaxtlar xüsusi amansızlıqla törədilən qətl xəbərlərini tez-tez eşidirik. Buna nümunə olaraq ölkə gündəmini zəbt edən Bakıda 5 nəfər ailə üzvünün qətl edilməsi və bu gün səhər saatlarında Salyan rayonunun Kərimbəyli kəndində baş verən qətl hadisəsini nümünə göstərmək olar. Belə ki, sözügedən hər iki qətl hadisəsi xüsusi amansızlıqla törədilib.
Azərbaycanda xüsusi amansızlıqla qətl törədən şəxsləri hansı cəza gözləyir?
Mövzu ilə bağlı vəkil Rövşən Qasımov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, xüsusi amansızlıqla qətlə yetirilən şəxsləri Cinayət Məcəlləsi ilə 12 ildən 15 ilədək yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir:
"Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə- yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda qanunvericiliklə qəsdən :
120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən adam öldürmə;
120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə;
120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə
əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;
120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;
120.2.5. tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya
toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdanməhrum etmə ilə cəzalandırılır".
Xatırladaq ki, bu gün səhər saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qətlə yetirilən 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı xüsusi amansızlıqla öldürülüb. Ər-arvadın meyiti yaşadıqları evin həyətində aşkarlanıb. Naməlum şəxs və ya şəxslər ərlə arvadın başını kəsib evin bağ sahəsinə atıblar.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon