Məhkəmə Anar Bayramovun qərarını ləğv edib - Gülmira Şadlinskaya işdən niyə çıxarılıb?

Məhkəmə Anar Bayramovun qərarını ləğv edib - Gülmira Şadlinskaya işdən niyə çıxarılıb?Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tabeliyində fəaliyyət göstərən Mərdəkan Reablitasiya Pansionatının əməkdaşı Gülmira Şadlinskaya müqaviləsi bitməmiş işdən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Gülmira Şadlinskaya rəhbərliyin bu qərarını qanunsuz hesab edərək məhkəməyə müraciət edib.

O, Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmə Gülmira Şadlinskayanın iddiasını təmin edib.

Qaraşı tərəf apellyasiya şikayəti versə də, birinci instansiya məhkəməsinin qərarı dəyişməyib. Yəni, Agentliyin şikayəti təmin olunmayıb. İş hazırda Ali Məhkəmədədir. Kassasiya şikayətini agentlik verib.

Gülmira Şadlinskayanın iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.

Qaynarinfo məlumatla bağlı Gülmira Şadlinskayanın özü ilə əlaqə saxlayıb. O, məlumatı təsdiqləyib. Bildirib ki, 2018-ci ildən Mərdəkan Reablitasiya Pansionatında müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı işləyib.

"Müqaviləm bitməmiş işdən çıxarılmışam. Bu baxımdan, məhkəməyə müraciət etmişəm. Binəqədi Rayon Məhkəməsi iddiamı təmin edib. Apellyasiya Məhkəməsi də rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. İndi Ali Məhkəmənin qərarını gözləyirəm", deyə Gülmira Şadlinskaya əlavə edib.

Onun sözlərinə görə, 2017-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda Həmkarlar Təşkilatının sədri vəzifəsində işləyib:

"Ordan işdən çıxdıqdan sonra Mərdəkan Reablitasiya Pansionatında işə başlamışam. İşdən çıxarılmağım üçün ciddi əsas yoxdur. Elə bu səbəbdəndir ki, iddiam təmin edilib".

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb.

Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin İdarə Heyətinin sədri Anar Bayramovdur. O, 2021-ci ildə bu vəzifəyə təyin edilib. Gülmira Şadlinskaya məhz Anar Bayramovun qərarı ilə işdən çıxarılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1254   Tarix: 01 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr