8 martda müəllimlərə hədiyyə alınmalıdırmı? - Sabiq nazirlərdən AÇIQLAMA
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk müəllimlər haqqında "əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir" deyib.
Bizə öyrədilən və gördüyümüz reallıq da odur ki, yaşadığımız cəmiyyət yaxşı və ya pis olmasından asılı olmayaraq, müəllimlərin əsəridir.
"Müqəddəs peşə sahibləri" dediyimiz müəllimlərə verilən dəyər və bu dəyərin meyarı cəmiyyətimizdə daim müzakirə olunub.
Xüsusilə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın müəllimlərə hədiyyə verilməsi əksər hallarda xoş qarşılanmır. Bu mövzuda cəmiyyət iki qismə bölünür: tənqid edənlər və normal qarşılayanlar. Təbii ki, tənqid edənlər daha çoxdur.
Bəs görəsən, sabiq təhsil nazirləri bu mövzuda nə düşünürlər?
Bizim.Media mövzu ilə bağlı sabiq təhsil nazirlərinin fikirlərini öyrənib.
Keçmiş təhsil naziri Firudin Cəlilov məsələyə belə yanaşıb:
"Müəllimlər iki qrupa bölünüb. Vicdanlı və acgöz müəllimlər. Müəllimlərə eyni baxış bucağından baxmaq olmur. Ümumən şagirdin müəllimə hədiyyə verməsi düz deyil. Bunu dövlət etməlidir. Məsələn, mükafat yazılmalıdır, həvəsləndirilməlidir.
Müəllimin maaşı bütün məmurların maaşından üstün olmalıdır. Vaxtilə Atatürkdən də soruşublar ki, "məmurların maaşını necə yazaq?" O da deyib ki, "məmurların maaşı müəllimlərdən çox olmasın".
Sabit təhsil naziri Misir Mərdanovun fikrincə, müəllimlər üçün pul yığılmalı deyil:
"Bir müəllim dərs dediyi sinfin şagirdlərinə özünü sevdirə bilibsə, valideynlərin də ona münasibəti müsbətdirsə, imkanı odluğu halda bayram günü bir dəstə gül verməsi qəbahət deyil. Nə olar, insan insanı təbrik edər də.
Yoxsa toplaşasan, pul yığasan, biri verə, digəri verməyə, bunun tərəfdarı deyiləm. Bir dəstə gül də ürəkdən gəlməlidir, məcbur yox. Son zamanlar məsələni elə həddə çatdırıblar ki, bəzi müəllimlər heç bir hədiyyəni qəbul etmirlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1465 Tarix: 01 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrŞəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabrKuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabr