"Vətən xainləri"nin muzeyi - Orada nələr var?

"Vətən xainləri"nin muzeyi - Orada nələr var?Aydın səma, bərpa olunan suverenlik, məsud dalğalanan üçrəngli bayraq... Bu gün bunların, bəlkə də daha çox qədrini bilməliyik. Daha çox öpüb gözümüzün üstündə saxlamalıyıq. Çünki zaman axınının əksinə üzsək, bu günə, bu müstəqilliyə gələn yolun kökünün necə dərinliklərdə olduğunu görəcəyik.

Bu düşüncələrlə Zərifə Əliyeva küçəsi ilə Dövlət Sərhəd Xidmətinin inzibati binasında fəaliyyət göstərən "Siyasi Repressiya Qurbanları Muzeyi"nə - ömürlərini Vətənə qurban edən insanlara "vətən xaini" damğası vurulan yerə gedirik.
"Vətən xainləri"nin muzeyi - Orada nələr var?Müşfiqlərin, Cavidlərin şair ruhunun incidildiyi yer

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təşəbbüsü ilə yaradılan bu muzeyin girişində bizi muzeyin rəisi Mirabbas Məmmədov qarşılayır, elə muzey haqqında məlumatı da o verir. Tacir Hacı Hacıağa Dadaşova məxsus bu bina 1878-ci ildə tikilib və burada müxtəlif şirkətlərin anbarları, nümayəndəlikləri fəaliyyət göstərib. Bina 1920-ci ildə dövlətin balansına keçib, 1925-ci ildən isə Azərbaycan Fövqəladə Komissiyasına (AzÇK) verilib. Xalq Daxili İşlər Komissarlığının (NKVD) daxili həbsxanası olan binanın zirzəmisi isə (muzeyin yerləşdiyi) sovet qanunlarının boğmağa çalışdığı minlərlə insanın sorğu-sual edildiyi, işgəncə verildiyi, sürgünə göndərildiyi və ən nəhayət, amansızcasına güllələndiyi yerdir. Müşfiqlərin, Cavidlərin, Əhmədlərin şair ruhunun incidildiyi, qürurlarının yenilmədiyi, amma, bəlkə də son nəfəslərini verdiyi yerdir.
"Vətən xainləri"nin muzeyi - Orada nələr var?Aydın səma, bərpa olunan suverenlik, məsud dalğalanan üçrəngli bayraq... Bu gün bunların, bəlkə də daha çox qədrini bilməliyik. Daha çox öpüb gözümüzün üstündə saxlamalıyıq. Çünki zaman axınının əksinə üzsək, bu günə, bu müstəqilliyə gələn yolun kökünün necə dərinliklərdə olduğunu görəcəyik.

Bu düşüncələrlə Zərifə Əliyeva küçəsi ilə Dövlət Sərhəd Xidmətinin inzibati binasında fəaliyyət göstərən "Siyasi Repressiya Qurbanları Muzeyi"nə - ömürlərini Vətənə qurban edən insanlara "vətən xaini" damğası vurulan yerə gedirik.

Müşfiqlərin, Cavidlərin şair ruhunun incidildiyi yer

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təşəbbüsü ilə yaradılan bu muzeyin girişində bizi muzeyin rəisi Mirabbas Məmmədov qarşılayır, elə muzey haqqında məlumatı da o verir. Tacir Hacı Hacıağa Dadaşova məxsus bu bina 1878-ci ildə tikilib və burada müxtəlif şirkətlərin anbarları, nümayəndəlikləri fəaliyyət göstərib. Bina 1920-ci ildə dövlətin balansına keçib, 1925-ci ildən isə Azərbaycan Fövqəladə Komissiyasına (AzÇK) verilib. Xalq Daxili İşlər Komissarlığının (NKVD) daxili həbsxanası olan binanın zirzəmisi isə (muzeyin yerləşdiyi) sovet qanunlarının boğmağa çalışdığı minlərlə insanın sorğu-sual edildiyi, işgəncə verildiyi, sürgünə göndərildiyi və ən nəhayət, amansızcasına güllələndiyi yerdir. Müşfiqlərin, Cavidlərin, Əhmədlərin şair ruhunun incidildiyi, qürurlarının yenilmədiyi, amma, bəlkə də son nəfəslərini verdiyi yerdir.

Əl boyda işıq düşmək ehtimalı olan pəncərələr

Böyük bir zindanı xatırladan zirzəminin hücrəyə bənzər ayrı-ayrı otaqlarında qanlı-ağrılı repressiya dövrü qurbanlarını andıran eksponatlar var. Balaca, dar, birnəfərlik kameralar... Qapıları elə həmin dövrdən qalmadır. Balaca, açılanda bir əl boyda işıq düşmək ehtimalı olan pəncərələri var qapıların. Kim bilir kimlərin üzünə bağlanıb, kimləri dustaq edib bu tarixi özündə saxlayan qapılar?! Kim bilir kimlərə hansı insanlığa sığmayan, dəhşət sözündən daha da dəhşətli olan işgəncələr verilib bu kameralarda?! Düşündükcə, baxdıqca adamın ruhu ruhluqdan çıxır. Adam yerlə göy arasında daşa dönür, qandala dönür, dəmir barmaqlığa dönür, edam ağacına dönür burada. Amma eyni zamanda, burada azad olmağın qiymətini daha çox bilirsən.
"Vətən xainləri"nin muzeyi - Orada nələr var?İblis nədir? Cümlə xəyanətlərə bais...

Muzeyin "Dindirilmə otağı" adlanan guşəsində Hüseyn Cavidi xatırladan maketi görüncə ağlımıza bu misra gəldi. Cavid burada sanki "iblis" tərəfindən dindirilir. O dövrə aid əşyalar az olsa da, ab-havası tam şəkildə adamı 1937-ci ilə atır. Mirabbas müəllim Cavidlə bağlı qaranlıq məqamların olduğunu qeyd edir: "1939-cu il iyunun 9-da Cavidin 8 il müddətinə həbs edilməsi ilə bağlı qərar çıxarılıb. Cavidin 1941-ci ildə Maqadanda olduğunu göstərən sənədlər var. 1941-ci ilə qədər onun cəzasını harada çəkməsi bəlli deyil. Ümumiyyətlə, onlarla bağlı sənədlər, qeydlər çox azdır".
"Vətən xainləri"nin muzeyi - Orada nələr var?Daş divarlar arasında boğulan güllə səsləri

Zirzəmin lap dərinliyində iç-içə otaqlardan ibarət, digərlərindən nisbətən geniş kamera var. Mirabbas müəllim deyir ki, buranı muzey üçün təmizləyib hazırlayanda torpaqda qan izləri olub. Ona görə də, buranın güllələnmə kamerası olduğu ehtimal edilir. Allah bilir bu daş divarlar, bu daş tavan, bu daş döşəmə nə qədər qəddar insan baxışlarının, əmrlərin, atəş səslərinin, insan fəryadlarının, əbədi yumulan gözlərin, boğulan mədəniyyətin, ədəbiyyatın, elmin şahidi olublar. Bəlkə də içlərinə yığılan kədərdən, qəzəbdən qalınlaşıb bu divarlar belə. Kamera təmizlənəndən sonra buraya molla, keşiş, ravvin dəvət olunub. Hər üçü öz dininə uyğun qətlə yetirilənlərin ruhuna dualar oxuyublar. Qan izləri olan torpaq parçası isə simvolik olaraq Nargin adasında dəfn edilib. Burada eksponat kimi qoyulan, üstünə silah tuşlanan maket isə şair Mikayıl Müşfiqi andırır.
"Vətən xainləri"nin muzeyi - Orada nələr var?Göyə sovrulan ümidlər...

Muzeydə köhnə çamadanlardan ibarət, yerdən tavanacan qalxan kompozisiya var. Bəzilərinin ağzı açılıb, içərisindən şəxsi əşyaları da tökülür sanki. Bu, rəmzi bir kompozisiyadır. Sanki ömürlərini yaşaya bilməyən insanların göyə sovrulan ümidləridir bu çamadanlar. Hərəsi bir insan taleyini ehtiva edir özündə.
"Vətən xainləri"nin muzeyi - Orada nələr var?Təəssüf ki, repressiya qurbanları tək şairlər, yazıçılar, alimlər deyildi. Onların xanımları da bu müsibətin bir parçası olublar. Onlara deyirdilər ki, ərin vətənə xəyanət edəndə xəbər verməmisənsə, deməli, sən də xainsən! Komissarlığın 00485 saylı əmrinə görə isə "vətən xainləri"nin həyat yoldaşları heç bir məhkəmə, araşdırma, istintaq olmadan 5-8 il müddətinə sürgün olunmalı idilər. Onlar əsasən Rusiyaya, Qazaxıstana göndərilirdilər.
"Vətən xainləri"nin muzeyi - Orada nələr var?İnsan ölümünə qoyulan plan

SSRİ-nin iqtisadiyyatı planlı iqtisadiyyat idi, istehsalata limit qoyulurdu, deyir muzeyin rəisi: "Dəhşətlisi budur ki, repressiyaya da bu yanaşma tətbiq olunub. Moskvanın 1937-ci il 30 iyul 00447 saylı əmriylə SSRİ-nin tərkibində olan bütün ölkələrə 4 ay ərzində güllələnməli və sürgünə göndərilməli olan insanların sayı ilə bağlı limit qoyulub. Bu plana əsasən, Azərbaycanda 1500 insan güllələnməli, 3700 insan isə sürgün olunmalı idi. Bağırov 7250 nəfəri repressiya qurbanı edərək bu planı artıqlaması ilə yerinə yetirib".
"Vətən xainləri"nin muzeyi - Orada nələr var?Muzey canlı orqanizmdir

Mirabbas müəllim onu da deyir ki, muzey canlı orqanizmdir. Onlar muzey üçün yeni eksponat və məlumatların axtarışını indi də aparırlar. Amma təəssüf ki, çox az şəxsi əşya əldə etmək olur. Çünki o adamların yaxınları da özlərində həmin şəxslərin sənəd, foto, kitab, cib dəftərçəsini saxlamağa qorxurdular. Həm də həbs vaxtı hamısı evlərindən maddi sübut kimi götürülür, sonra da yandırılırdı. Bundan başqa, kollektiv fotolarda həbs edilənlər varsa, fotoda onların üzünü qaraldır və ya ümumiyyətlə kəsib çıxarırdılar. Buna görə həmin dövrə aid fotolar, sənədlər, məlumatlar olduqca azdır.
"Vətən xainləri"nin muzeyi - Orada nələr var?Muzeydən çıxırıq, səmaya baxıb dərindən nəfəs alırıq. Dilimizdə Əhməd Cavadın "Üç rəngli bayrağınla məsud yaşa!" misraları... ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1304   Tarix: 04 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr