Süleyman Ələsgərovun ailəsi Prezidentə təşəkkür etdi
Azərbaycanın bəstəkarı, tanınmış dirijor və pedaqoqu, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Instagram" sosial şəbəkəsində məlumat paylaşılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev 22 fevral 2024-cü ildə Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Ailə üzvləri buna görə Prezidentə öz təşəkkürlərini bildiriblər:
"Möhtərəm Prezident! Siz ölkə rəhbəri olaraq Azərbaycan ziyalılarının, istedadlı, yaradıcı insanlarının, mədəniyyət xadimlərinin əməyini daim yüksək dəyərləndirmiş və onları ölkəmizin mənəvi kapitalı kimi qiymətləndirərək, həmişə uca tutmusunuz. Məhz bu həssas yanaşmanızın və diqqətinizin bariz nümunəsidir ki, 22 fevral 2024-cü il tarixdə Xalq artisti, Dövlət Mükafatı laureatı, professor, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamısınız. Bu, Azərbaycan mədəniyyətinə verdiyiniz böyük dəyər və qayğının təzahürüdür. Biz də öz növbəmizdə Süleyman Ələsgərovun ailəsi adından sizə dərin minnətdarlığımızı bildirməyi özümüzə borc sandıq. Diqqətiniz üçün sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə, Süleyman Ələsgərovun ailə üzvləri: Arzu Ələsgərov, Könül Ələsgərova, Qorxmaz İmanov, Tahir İmanov və Cabir İmanov".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 987 Tarix: 04 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabr