Ayın görünməsindən asılı olaraq Ramazan ayının başlama və bitmə tarixi dəyişə bilər? - AÇIQLAMA
Məlum olduğu kimi, Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır. Buna görə də, Ramazan ayı hicri-qəməri təqviminə görə hər il dəyişdiyindən oruc tutmağa başlamaq üçün ilk öncə Ramazan ayının başlandığını müəyyən etmək lazımdır. Bəs Ayın görünməsindən asılı olaraq Ramazan ayının başlama və bitmə tarixi dəyişə bilərmi?
Məsələ ilə bağlı Sonxeber.az-a danışan ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov deyib ki, İslam dinində ibadətlər Qəməri təqviminə görə təyin edilir. Qəməri təqvimdə hamının bildiyi kimi, Ayın dünya ətrafında dönməsinə görə hesablanan bir təqvimdir:
"Bu təqvim üsulunda Ramazan ayının 9-cu ayın başlanğıcı və bitişidir. Qəməri təqvimindəki ayların başlanğıcı və bitməsi ayın görülməsinə görə təyin edilir. Ramazan ayında orucun başlanması namaz vaxtlarında olduğu kimi zamana bağlıdır. Bu da ayın hərəkətinə Ramazan ayının başlanğıcına qərar verilir. Ayın hərəkətinə görə isə bayram edilir. Burada ayın hərəkətinə görə təyin üsullarında 2 metod var. Bu iki məsələ müsəlmanların bəzən ayrı-ayrı qərar verə biləcəyinə əsasdır. Bu səbəblə iki məsələni aydınlaşdırsaq, niyə müsəlman ölkələrində bəzən Ramazan ayı fərqli vaxtlarda başlayır yaxud eyni vaxtda yerinə yetirilir. İlk olaraq Ramazan ayının başlanması astronomik üsulla ayın hərəkətinin təyini ilə olsa da, ikinci isə gözlə ayın görülməsini əsas götürürlər. Müasir dövrdə müsəlmanların, fətva şuralarının əsas götürdüyü məsələ budur ki, Qurani-Kərimdə uca Allah buyurmuşdur ki, Rəhman surəsində ay və günəşi Allah müəyyən bir hesaba görə yaradıb".
İlahiyyatçı bildirib ki, Qurani-Kərimin əsası odur ki, uca Allah fizika qanunlarına görə kainatı yaratdı. Bu baxımdan Allahın ayı və günəşi hesaba görə yaratması, bu hesabın qüsursuz olmaması məsələsi bizə əvvəlcədən Ayın harada başlayıb, harada bitəcəyini öyrənməyi imkan verir:
" Müasir avadanlıqlarla, elmin verdiyi imkan daxilində biz əvvəlcədən Ramazan ayının başlanmasını səmada aya baxmadan onun hərəkətlərini izləyə bilərik. Bu əvvəlcədən təyin edilə bilər. İkinci üsul odur ki, bəzi müsəlman cəmiyyətlərində açıq səmaya axşamdan baxaraq sabahkı günün ayın hansı günü olacağını qərar vermək mümkündür. Açıq səmaya baxıb və müşahidə etmək peyğəmbərimizin dövründən gələn bir üsuldur. Biz o üsulla bunu etməliyik kimi götürürlər. Axşamdan səmada Ayı müşahidə etdikdən sonra sabahkı günün Ramazan ayının hansı günü olacağını yaxud Şaban ayının bitib, Ramazanın başlanmasını həmin üsulla bilə bilərik. Burada bir məsələ var. Ay əgər kəskin buludlu havada görünmürsə, peyğəmbərimizin üsulu o idi ki, Şaban ayının 30-a tamamlasaq mütləq digər gün Ramazandır. Hava buludludursa, Ay görünmürsə bir gün sonra Ramazan ayı başlayır".
Əhməd Niyazovun sözlərinə görə, bu da digər müasir avadanlıqlarla tətbiq edilən üsulla üst-üstə düşməyəcək. Telekopla ayın görünməsində belə ixtilaf var:
"Burada müsəlmanlar deyirlər ki, dünyada ilk Ramazan hilalı hansı ölkədə görünsə, o zaman bütün digər müsəlman ölkələri üçün keçərlidir. Bunu qəbul edək. 1974-cü ildə Mərakeşdə qəbul edilmişdir ki, dünyada görülən ilk hilala görə bütün müsəlmanlar hərəkət edəcək. Ancaq sonradan bu fərqli tətbiq edildi. Dünyada görülən ilk Aya görə yox, bəzi qitələrdə ölkə üzərindəki Aya görə ediləcək bir məsələsidir. Bütün bu amillər ixtilaf yaratdığı üçün teleskopla görünən Ayı əsas götürürlər. Biz bu üç üsul nəticəsində Ramazan ayının təyini müxtəlif olur".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Sabah leysan olacaq, qar yağacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon