Həbsdəki icra başçılarından xəbər var: Yeyib-içir, TV seyr edir, futbol oynayırlar...
Azərbaycanda cəzaçəkmə müəssisələri ilə bağlı problemlər yeni deyil. Cəmiyyətdə belə bir rəy var ki, dəmir barmaqlıqlar arasında olmasına rəğmən imkanlı məhbusların günü heç də pis keçmir. "Nikosayağı" ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin həbsi bu müzakirələri yenidən alovlandırdı.
İllər əvvəl məhbus həyatı yaşamış tanınmış siyasətçi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu mövzuda Yenisabah.az-a açıqlama verib. Siyasətçi bildirib ki, imkanlı və vəzifəli məhbuslar üçün içəri və ya çöl arasında heç bir fərq yoxdur:
"Məlum olduğu kimi, Azərbaycanda bir çox şey pula bağlıdır. Ona görə də bir çox tanınmış və vəzifəli şəxs içəridə də lüks həyat yaşayır. Bu cür insanlar üçün çöl və ya içərinin fərqli yoxdur. Sadəcə, onlar biraz təcridolunmuş vəziyyətdə yaşayırlar. Onlar türmədə olsalar da gəzirlər, yeyib-içirlər, idman edirlər, televizora baxırlar, futbol da oyanyırlar. Həbsxana onlar üçün sanatoriyadan fərqsizdir. Kimin imkanı, pulu var həbsdə də kefi istədiyi kimi yaşayır".
Hafiz Hacıyev bu işin türmə rəislərinin biznesinə çevrildiyini qeyd edib.
"Hər halda türmə rəislər bu işləri daha yaxşı bilir, onlar bu işdən yaxşı qazanırlar. Onların da biznesi budur. Varlılar, korrupsionerlər tutulanda onlar toy-bayram edirlər. Bu reallıqdır və bunu gizlətməyin heç bir mənası yoxdur. Bu barədə dəfələrlə tədbirlər görülüb, həbslər olub. Amma buna baxmayaraq müəyyən qüvvələr öz işlərini görür".
Sonda siyasətçi deyib ki, hazırda məhbus həyatı yaşayan əmisi oğlu, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevlə bağlı heç bir məlumatı yoxdur: "Əlaqə saxlamırıq",
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3324 Tarix: 08 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrƏhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə
5 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrNazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində
5 noyabrDövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
5 noyabr