Azərbaycanda bu şəxslər təhsil haqqı ödəməyəcək - SİYAHI - VİDEO

Azərbaycanda bu şəxslər təhsil haqqı ödəməyəcək - SİYAHI - VİDEOMilli Məclisin Elm və təhsil komitəsinin iclası baş tutub. İclasda "Təhsil haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Belə ki, sosial müdafiəyə ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
"Təhsil haqqında" qanundakı dəyişikliyə əsasən, aşağıda qeyd edilən şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;

- Şəhid ailəsinin üzvləri;

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteran" adı almış şəxslər;

- Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər;

- Əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;

- "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;

- Peşə təhsili müəssisəsində təhsil alan 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər;

- Peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələr. Həmçinin 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobil AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobil qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar.

Millət vəkili Ceyhun Məmmədov aztv-yə bildirib ki, əvvəlki qanunda bu, ümumi şəkildə öz əksini tapmışdı: "Budəfəki dəyişikliklə bütün kateoqriyalar nəzərə alınıb. Əvəllər şəhid ailəsinin hər hansı üzvü müraciət edərkən qanun ona şamil edilmirdisə, bu dəyişiklikdən sonra məsələ öz əhllini tapıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2378   Tarix: 08 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr