Qərbi Azərbaycan İcması: "Ermənistan islamofobiyanın sistematik yayıldığı ilk ölkədir"

Qərbi Azərbaycan İcması: "Ermənistan islamofobiyanın sistematik yayıldığı ilk ölkədir""Ermənistan islamofobiyanın sistematik yayıldığı ilk ölkədir".

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutan "Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir olunması aktları" adlı paneldə çıxışı zamanı deyib.

"Bu gün biz hörmət, tolerantlıq və anlayışın irq, din və etnik mənsubiyyət sərhədlərini aşdığı bir dünyanın təşviqi istiqamətində birgə səyahətin yol ayrıcındayıq. Xüsusən də müsəlmanlara qarşı nifrət və qərəz, təəssüf ki, istəklərimiz üzərinə geniş kölgə salır. Bu, bir gündə ortaya çıxan problem deyil, son onilliklərdə daha da dərinləşmiş bir məsələdir", - o bildirib.

İcma rəsmisi vurğulayıb ki, bu məqsədli şəkildə aparılan islamofobiya siyasətinin ilk qurbanları arasında bugünkü Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlılar da var:

"Tarixi qeydlər və hadisələr sübut edir ki, Ermənistan müsəlmanlara qarşı dini və etnik dözümsüzlüyün dövlət siyasəti kimi təsisatlaşdırılmasında qabaqcıl dövlət kimi tanınmışdır. Əslində, Ermənistan sistematik islamofobiyanın ilk yayıldığı ölkədir. Ermənistan tərəfindən nəinki azərbaycanlıların sürgün edildiyi və qətlə yetirildiyini, həm də onlara məxsus zəngin mədəni irsin metodik şəkildə yer üzündən silindiyini xatırlatmaq belə mənə çox ağırdır".

Ü.Zülfüqar diqqətə çatdırıb ki, son 200 il ərzində, xüsusən 1905-1908, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar öz doğma yurdlarından məcburi şəkildə deportasiya ediliblər:
"Bu dəhşətli hadisələrin kulminasiya nöqtəsi 300 minə yaxın azərbaycanlının öz doğma yurdlarından qovulması oldu və 1991-ci ildə Qərbi Zəngəzurun Nüvədi kəndindən sonuncu azərbaycanlının deportasiyası ilə Ermənistan monoetnik bir dövlətə çevrildi. İndiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin qəsdən məhv edilməsi bu ölkənin dözümsüzlük siyasətinin sübutudur. 310-dan çox məscidin və 500-dən çox qəbiristanlığın dağıdılması, əhəmiyyətli mədəniyyət abidələrinin təyinatının dəyişdirilməsi icmamıza qarşı törədilmiş ədalətsizliklərin ağrılı bir xatırlatmasıdır. Ermənistanda yeganə salamat qalan məscid olan İrəvandakı Göy Məscid tariximizlə bağlı həqiqətləri ört-basdır etmək üçün Ermənistan tərəfindən başqa bir ölkənin irsi kimi təqdim edilir. Azərbaycanlıların indiki Ermənistan ərazisindən zorla köçürülməsi icmamızın özülünü sarsıtdı və azərbaycanlıların qeyri-maddi mədəni irsinə, o cümlədən ənənəvi musiqimizə, rəqsimizə, mətbəximizə, aşıq sənətinə böyük ziyan vurdu. Bu, bizim yaşadığımız mədəni soyqırımın miqyasını təcəssüm etdirir. Aşıq Ələsgərin abidəsinin və digər mədəni abidələrimizin dağıdılması Ermənistan hökumətinin kimliyimizi və irsimizi yer üzündən silmək üçün sistemli səy göstərdiyini sübut edir".

Onun sözlərinə görə, məhv olmuş mədəni irsimizin tanınması və bərpası üçün UNESCO kimi beynəlxalq qurumlara etdiyimiz müraciətlər cavabsız qaldı və bu fakt vəziyyətimizi daha da ağırlaşdırır: "Vaxtilə azərbaycanlıların kompakt şəkildə məskunlaşdığı torpaqlardan qovulması və bu ərazilərə başqalarının köçürülməsi yolu ilə burada yeni dövlətin yaradılması müasir tarixdə görünməmiş ədalətsizliyin göstəricisidir. Bu misli görünməmiş ədalətsizlik Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaratdı və onları ərazi iddiaları irəli sürməyə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı güc tətbiq etməyə, 30 il davam edən işğalçılığa, kütləvi etnik təmizləməyə və insanlığa qarşı digər cinayətlərə daha da həvəsləndirdi. Anti-müsəlman siyasətini davam etdirən Fransa və beynəlxalq mexanizmlərdən sui-istifadə edən Ermənistan insan hüquqlarının və irqi ayrı-seçkiliyin mahiyyətinə istehza ilə yanaşır. Ermənistanın, irqi ayrı-seçkilik baxımından özünün acınacaqlı nəticələrinə baxmayaraq, Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı bu zəmində iddialar qaldırması insan haqları dəyərlərini ələ salmaqdır. Bu, beynəlxalq ədalət sisteminin aşınmasını vurğulayır. Bu, sülh və ədaləti müdafiə edən bütün mütərəqqi xalqlar üçün oyanış çağırışı olmalıdır.

İcma sözçüsü Ermənistan hökumətindən qərbi azərbaycanlıların öz yurdlarına qayıtmasına şərait yaratmağı tələb edir:

"Odur ki, qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması təkcə cəmiyyətimizə qarşı edilmiş səhvi düzəltmək baxımından deyil , eyni zamanda islamofobiya ilə mübarizə və onun kökünü kəsmək baxımından vacibdir. Qərbi Azərbaycan İcması olaraq 2023-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyana müraciət ünvanlayaraq ata-baba torpaqlarımıza sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq istəyimizi ifadə etdik. Təəssüf ki, baş nazir nəinki bu müraciətə cavab verdi, hətta icmamızın üzvlərinin geri dönüş istəyini ərazi iddiası kimi təfsir etdi. Bu fakt özü-özlüyündə beynəlxalq hüquq çərçivəsində ədalət axtarışında qarşılaşdığımız çətinliklərdən xəbər verir. Ona görə də mən beynəlxalq ictimaiyyəti azərbaycanlıların Ermənistana təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasının təmin edilməsində bizi dəstəkləməyə çağırıram. Ermənistanın bizim qayıdışımızı təmin etmək, Azərbaycanın dini-mədəni irsini bərpa etmək və qorumaq üçün konkret addımlar atmasının vaxtı çatıb. Biz qərbi azərbaycanlılar hamı üçün sülhə, tolerantlığa və ədalətə sadiqliyimizi bir daha təsdiqləyirik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 774   Tarix: 09 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr