"Bizim arxamızda duranlar var, biz güclüyük" – İçində yaşayış olan binanı kim sökür?
"Binada yaşamağımıza baxmayaraq, söküntü işləri aparılır".
Sonxeber.az xəbər verir ki, bu sözləri "Apa TV"yə Nizami rayonu Rüstəmov 26 ünvanında yerləşən binanın sakinləri deyir. Onların iddialarına görə, söküntü işləri aparan "Qismət M-House" MMC ilə uzun müddətdir ki, problemlər yaşayırlar.
"Söküntünü 6-8 aydır ki, davam etdirirlər. Çıxan kimi üst və alt binaları sökürlər. Bilərəkdən edirlər ki, soyuğun altında yaşayaq. Hamısı xəstəxanadadır. Əlimdə sənədlər var. Hamı burada xəstəliyə tutulub. Deyirəm 3 otaqlı evim var. Deyirlər ki, sənin evinin ölçüsü balacadır, verə bilmirik. Bizim arxamızda duranlar var və güclüyük deyirlər".
Əvvəlcə şirkətin əməkdaşı olduğunu deyən şəxslər "Qismət M-House" MMC-nin layihə rəhbərinin danışmaq istədiyini bildirib. Əməkdaşlar satış ofisinə getdikdə isə, açıqlama verəcək heç kəs olmadı. Daha sonra isə layihə rəhbəri Məmmədrəsul Bilalov əlaqə saxlayaraq müsahibə istəmədiyim, lakin məsələyə münasibət bildirəcəklərini qeyd etdi.
Göndərdikləri yazılı açıqlamada qeyd olunur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 2021-ci il 14 oktyabr tarixli sərəncamı ilə Nizami rayonu Rüstəmov, Balakişiyev və Məhsəti Gəncəvi küçələrinin kəsişməsindəki istismar müddəti bitmiş köhnə 5 mərtəbəli binanın mərhələli şəkildə sökülməsi və yerinə çoxmənzilli binaların tikilməsi planlaşdırılıb.
Ətraflı "Apa TV"nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1179 Tarix: 11 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrAnar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabr