Hava şəraiti ilə bağlı VACİB XƏBƏRDARLIQ - Bakıda nə baş verir?

Hava şəraiti ilə bağlı VACİB XƏBƏRDARLIQ - Bakıda nə baş verir?Bakıda tozlu hava müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.5-1.7 dəfə normadan artıqdır.

Sözügedən vəziyyətlə bağlı meteoroloq Cavid Hüseynov Yenisabah.az-a danışıb.

O qeyd edib ki, Bakı şəhərində mart ayının 15-də havada müşahidə olunan və meteoroloji görünüş məsafəsini məhdudlaşdıran atmosfer hadisəsi sis adlanır:

"Sis hadisəsi duman və çəndən fərqli olaraq toz, tüstü və havadakı su buxarının qarışığından əmələ gəlir. Sisin yaranmasına səbəb, həm Bakı və Sumqayıt şəhərlərinin sənaye obyektlərindən atmosferə atılan, həm də sinoptik şəraitlə əlaqədar olaraq ölkəmizə qonşu dövlətlərin (İran, Türkmənistan və digər) ərazisindən küləklərin fəaliyyəti ilə daxil olan tüstü və tozun havadakı miqdarının artmasıdır. Adətən bu cür hava şəraiti ən çox allergiya və astma xəstəliyi olan insanlara mənfi təsir göstərir. Nəticədə onların xəstəliyində kəskinləşmə müşahidə olunur.

Siklonik fəaliyyətlə əlaqədar olaraq yaxın günlərdə havanın bir neçə gün qeyri-sabit keçəcəyi (qeyri-sabit hava şəraiti fasilələrlə mart ayının 21-dək davam edəcək), yağıntılı olacağı (19-u və 20-si yağıntılar intensivləşəcək) və küləyin öz istiqamətini şimal-qərb və şimal istqamətinə dəyişməsilə müşahidə olunan sisli havanın çən və yağıntılı hava ilə əvəz olunacağı gözlənilir ki, bu da havadakı tüstü və tozun miqdarının azalmasına səbəb olacaqdır".

Tozlu hava şəraitinin insanların səhhətinə bir sıra mənfi təsirləri olduğunu vurğulayan pulmonoloq Ramin Nəriman isə insanların necə qorunması barədə tövsiyələr verib:

"Bakı dənizqırağında yerləşdiyi üçün qumlu şəhərdir. Eyni zamanda burada küləkli hava şəraitinin müşahidə olunması tozun miqdarının artmasına səbəb olur. Bundan əlavə olaraq insanlardan qaynaqlanan səbəblər də var. Bura düzgün ağacların əkilməməsi, avtomobil sayının çox olması da daxildir. Avtomobillərin çox olması havada qazın həcmini artırır. Bitki örtüyü ilə bağlı məsələ isə, ekoloqlarla məsləhətləşmə aparılmadan yaşıllaşdırma işlərinin həyata keçirilməsidir. Hara baxsaq, şamkimilər sinfinə daxil olan ağac növlərini müşahidə edirik. Bu tip bitkilər havada toz yaradır və yayır. Yaxşı olar ki, havadakı tozun miqdarını azaltmaq, qarşısını almaq məqsədilə yarpaqlı bitkilərin əkimi həyata keçirilsin. Həmişəyaşıl bitkilərə aid olan şamkimilər sinfinə daxil olan ağacların sayı azaldılsın. İqlimə uyğun və dözümlü olan çinar kimi ağacların əkilməsi daha məqsədə uyğundur.

İnsanlar bu vəziyyətin yaratdığı risklərdən özünü qorumaq üçün tibbi maskalardan istifadə etməlidirlər. Lakin həmin vasitələri 3 saatdan bir dəyişmək vacibdir. Həmçinin küləkli havada çölə çıxmaq, pəncərə və qapıları açıq saxlamaq məsləhətli deyil.

İstər qaz, istərsə də toz dənələri əsas tənəffüs sisteminə daxil olur. Bu həm də dəriyə, selikli qişa və saçlara da öz mənfi təsirini göstərir. Amma tozun ən çox təsir etdiyi orqan tənəffüs yollarıdır. Tənəffüs yollarına toz qaz şəklində daxil olur və onu zədələyir. Nəticədə iltihablaşma əmələ gəlir. Belə olduqda tənəffüs sistemində obstruktiv xəstəliklərinin yaranmasına şərait yaranır. Bu xəstəliklərə astma, emfizema və s. daxildir. Bütün bu sadalananlar insanların sağlamlığına kifayət qədər ziyan vurur. Təəssüf ki, belə bir vəziyyətin qarşısını almaq Bakı şəhərində kifayət qədər çətindir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1452   Tarix: 17 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr