Azərbaycan payızda dünyanı SİLKƏLƏYƏCƏK – Politoloq SENSASİON DETALLARI açıqladı

Azərbaycan payızda dünyanı SİLKƏLƏYƏCƏK – Politoloq SENSASİON DETALLARI açıqladı"ABŞ-ın 46-cı prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə Azərbaycana təbrik ünvanlaması göstərir ki, ikitərəfli münasibətlər yaxşı səviyyədədir və əlaqələri daha da inkişaf etdirmək üçün potensial mövcuddur".

Bunu Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq onu da vurğulayıb ki, təbrik məktubları ənənəvi olaraq göndərilir:

"Hər zaman təbrikdə təhlükəsizlik, enerji təhlükəsizliyi sahəsində Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın olması vurğulanır. Azərbaycan həm də Qərblə, xüsusilə ABŞ ilə münasibətləri qoruyub saxlamaq, eyni zamanda inkişaf perspektivlərini formalaşdırmaq üçün təşəbbüslər irəli sürür. Baxmayaraq ki, Azərbaycanın Avropa İttifaqı, ABŞ ilə münasibətlərini pozmaq üçün Ermənistana himayədarlıq edən qüvvələr, xüsusilə erməni lobbisi əlindən gələni edir, çox çalışır ki, Azərbaycanın bu gün Qərb ilə formalaşan dayanıqlı münasibətlərinə zərbə vursun. Digər tərəfdən, Fransa çox çalışır ki, xüsusilə Avropanın bir sıra dövlətləri ilə - Benilüks ölkələri ilə və Fransanın təsirində olan dövlətlərlə Azərbaycanın münasibətləri pozulsun. Bu, özünü müxtəlif qurumlar səviyyəsində də göstərir. Avropa Parlamenti, AŞPA və onların qəbul etdikləri qərəzli qətnamələr ikili standartlar siyasətinin bariz nümunəsidir. Biz anlayırıq ki, bunun arxasında Fransa dayanır. Beşinci respublika tərəfindən təzyiq alətləri, təhdid ritorikası və digər bu cür çirkin addımlar atılmaqdadır.

Lakin bütün bunlara baxmayaraq, ABŞ ilə Azərbaycan arasında münasibətlərin bugünkü göstəricisi təqdir olunmalıdır".

Politoloq hesab edir ki, ABŞ Cənubi Qafqazda Azərbaycanın yerini və rolunu düzgün qiymətləndirir, praqmatik strateji baxış ortaya qoyur:

"Bu da ABŞ-ın region üzərində strateji prioritetlərinin düzgün hesablanmasının və analizinin bir göstəricisidir.

Azərbaycan bölgədə kilid nöqtədir. Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxmaq və geostrateji planları həyata keçirmək mümkündür. Bu isə yalnız əlverişli əməkdaşlıq, maraqların uzlaşdırılması, sülh, təhlükəsizlik və sabitlik əsasında qurula bilər. Əks təqdirdə əlbəttə ki, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.

Azərbaycan dünyada təhlükəsizliyin və sağlamlığın qorunmasını, onun təşviq olunmasını təmin edən dövlətdir. Bu ilin payızında ölkəmizdə BMT mandatı altında COP29 tədbiri keçiriləcək.

Bu, iqlim dəyişiklikləri, qlobal istiləşmə, ekoloji problemlərin həll olunması istiqamətində ən mötəbər tədbirdir. Bu tədbirdə dünyanın tanınmış ekoloqları, beynəlxalq ekologiya üzrə QHT-lər, dövlət və hökumət başçıları, vətəndaş cəmiyyətinin fəalları iştirak edəcəklər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan qlobal təşəbbüslər irəli sürən bir dövlətdir. Bu tədbirin ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və cənab Prezidentin himayəsi altında keçirilən XI Qlobal Bakı Forumunda da COP29-a və ekologiyaya həsr olunan panel iclasında biz məhz Azərbaycanın qlobal təşəbbüslər irəli sürməsinin dəstəklənməsinin şahidi olduq. BMT Baş Assambleyası sessiyasının rəhbəri belə Azərbaycana COP29 istiqamətində dəstəyini ifadə etdi".

İlyas Hüseynov xatırladıb ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi də daxil olmaqla yüksəkvəzifəli şəxsləri ilə görüşündə də Amerika tərəfindən Azərbaycana COP29 müstəvisində hərtərəfli və lazımi dəstəyin verilməsinə dair fikirlər bildirilib:

"Bütün bunlar həm də məhz COP29 və ondan sonrakı periodda ABŞ ilə Azərbaycan arasında münasibətlərin daha möhkəm və dayanıqlı olacağını proqnozlaşdırır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3128   Tarix: 17 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr