Köçkünlərə "çörəkpulu" verilməsi hansı müddətədək davam edəcək? - RƏSMİ
İşğaldan öncə yaşadıqları yerlərə qayıdan məcburi köçkünlərin onlar üçün dövlət tərəfindən verilən güzəşt və imtiyazları itirib-itirmədiyi açıqlanıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.
Eyni zamanda komitə onlara "çörəkpulu"nun verilməsi nə vaxtadək davam edəcəyi məsələsinə də münasibət bildirib:
"Sosial müdafiə tədbirlərindən biri kimi vahid aylıq müavinətin də verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən tənzimlənir. Buna görə, əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin ("çörəkpulu") verilməsi şamil edilmir".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1078 Tarix: 21 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri
24 iyunTovuzda gənc oğlan çayda batdı
Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl
16 iyunAzərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
24 iyunRusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb
Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər
29 iyun34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi
Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad
26 iyunRusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü
Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham
20 iyun