Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbəb ola bilər. Lakin bunun effektiv olması üçün sərnişinlərin rahat və əlçatan alternativ nəqliyyat vasitələri ilə təmin edilməsi, ictimai nəqliyyatın imkanlarının artırılması və nəqliyyat infrastrukturunun buna uyğunlaşdırılması vacibdir.
Bəs, avtomobillərin Bakı şəhər mərkəzinə girişinin məhdudlaşdırılması nəqliyyat sıxlığının azalmasına nə dərəcədə təsir göstərə bilər və belə bir məhdudiyyət tətbiq olunarsa, sərnişinlərin alternativ nəqliyyat vasitələri ilə təmin olunması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, Bakı şəhərində şəhər mərkəzinə şəxsi avtomobillərin girişinin məhdudlaşdırılması nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərə bilər.
"Avropa təcrübəsi göstərir ki, belə məhdudiyyətlər ictimai nəqliyyatın inkişafı ilə paralel tətbiq edildikdə daha effektiv nəticə verir. Bakı üçün metro və avtobusların daşıma qabiliyyəti artırılmalı, avtobus zolaqları genişləndirilməli, velosiped və elektrik skuterlər üçün təhlükəsiz infrastruktur yaradılmalı, həmçinin tramvay nəqliyyatının inkişafı nəzərdən keçirilməlidir. Məhdudiyyət mərhələli şəkildə və ilk növbədə pik saatlarda tətbiq oluna bilər. Əsas məqsəd avtomobili sadəcə məhdudlaşdırmaq deyil, vətəndaşlara sürətli, rahat, təhlükəsiz və əlçatan alternativ nəqliyyat imkanları yaratmaqdır. Belə bir sistem düzgün planlaşdırılarsa, şəhər mərkəzinə daxil olan şəxsi avtomobillərin sayını və yol şəbəkəsinə düşən yükü azaldaraq nəqliyyat sıxlığının azalmasına səbəb ola bilər. Lakin alternativ nəqliyyat kifayət qədər gücləndirilməzsə, tıxacların şəhərin digər küçələrinə keçməsi mümkündür. Buna görə tədbirin real nəticəsi avtomobil axını, orta hərəkət sürəti və ictimai nəqliyyatın sərnişin yükü üzrə mütəmadi ölçülməlidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri