Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir.
Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusilə Aİ-95 benzininin qiymətində artım ehtimalını artıran əsas amillər hansılardır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Rusiyaya endirilən zərbələr əsasən neft emalı zavodlarının fəaliyyətinə təsir göstərir.
"Rusiyada neft məhsullarının çatışmazlığı hiss olunur və bu, ölkənin neft məhsulları ixrac etdiyi dövlətlərdə təklifin azalmasına səbəb ola bilər. Azərbaycan da Rusiyadan neft məhsulları idxal edir, lakin Cənubi Qafqazda bu idxalın həcmi ən aşağı olan ölkədir. 2026-cı ilin ilk yeddi ayında Azərbaycana 400 milyon dollarlıq neft məhsulu idxal edilib. Bu baxımdan, prosesin Ermənistana və Gürcüstana Azərbaycandan daha ciddi təsir göstərəcəyi düşünülür. Neft qiymətlərinə Rusiyadakı vəziyyətlə yanaşı, Hörmüz boğazı ətrafındakı hadisələr və Husilərin zərbələri də təsir edir".
Ekspert bildirib ki, Azərbaycanda yanacaq defisiti gözləmir:
"92 markalı benzin və dizelin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir, 95 markalı benzinin qiyməti isə əsas idxalçı olan SOCAR tərəfindən müəyyən edilir. Hazırkı vəziyyətin xüsusilə 92 markalı benzin və dizelin qiymətinə dərhal təsir edəcəyini düşünmürəm. Bununla belə, dünya bazarında neft və yanacağın bahalaşması idxal xərclərini artıra və nəticədə ərzaq və digər məhsulların qiymətlərinə təsir göstərə bilər".
Onun sözlərinə görə, Aİ-95 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir, SOCAR tərəfindən müəyyənləşdirilir:
"SOCAR bu benzini yalnız özü istehsal etmir, xaricdən də idxal edir. Qiymət müəyyənləşdirilərkən idxal müqavilələrinin qiymətləri də əsas götürülür. Yəni premium benzini neçəyə alırsa, onun üzərinə öz qazancını qoyaraq qiyməti müəyyənləşdirir. Xaricdən alınan Aİ-95 markalı benzinin qiyməti bahalaşarsa, Azərbaycanda da müəyyən müddətdən sonra bu artım nəzərə alına bilər. Dərhal olmasa da, müəyyən vaxt intervalları ilə qiymətə təsir göstərir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda pul bazası 15 %-dən çox artıb
Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb
2 oktyabrAzərbaycanda kredit faizləri niyə yüksəkdir? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda kredit faizlərinin yüksək olması həm vətəndaşların, həm də biznes subyektlərinin maliyyə resurslarına çıxışını çətinləşdirən əsas məsələlərdən biridir. Bankların daha ucuz və uzunmüddətli maliyyə resurslarına çıxışının genişləndirilməsi kreditlərin maya dəyərinin azalmasına və faiz dərəcələrini
7 oktyabrADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb
Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə -a ADY-dən məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 40 % çoxdur
8 oktyabrMinimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd
30 sentyabrBu şəxslər 2000 manatadək cərimələnə bilərlər
Özəl məhkəmə ekspertləri barəsində intizam icraatı müəyyənləşir. xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
5 oktyabrAzərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,93 ABŞ dolları və ya 3,15 % azalaraq 120,68 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə
7 oktyabrQızılın son qiymətləri bəlli oldu
30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5
30 sentyabrBanklar kiberhücumlara qarşı nə qədər güvənlidir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bank sistemlərinə qarşı kiberhücumlar artdıqca müştərilərin şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyi məsələsi də daha çox diqqət çəkir. Bankların tətbiq etdiyi təhlükəsizlik sistemləri, iki mərhələli təsdiqləmə və digər qoruyucu mexanizmlərə baxmayaraq, kiberdələduzluq halları ilə bağlı narahatlıqla
6 oktyabr