"Mayda əfv olacaq" iddiasına komissiyadan cavab: "Biz hər gün işləyirik.."
Adətən bayram ərəfələrində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı və ya aministiya imzalanır. Lakin cari ildə hələ ki bu barədə bir məlumat yoxdur.
Bir müddət əvvəl hüquq müdafiəçisi Novella Cəfəroğlu may ayında aministiya və əfv olacağını söyləmişdi.
O, həmçinin artıq komissiyanın işlədiyini deyib: "Mən belə başa düşürəm ki, amnistiyanı may ayına saxlayıblar. Mayda həm amnistiya, həm də əfv sərəncamları olacaq. Çünki adətən, amnisitiya hər il bayramqabağı olurdu. İndi bununla bağlı komissiya işləyir və amnistiyanın əfvlə birgə olması gözlənilir".
Modern.az məsələ ilə bağlı Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevlə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Əliməmməd Nuriyev söyləyib ki, hər hansı vaxt, tarix demək düzgün olmaz:
"Bütün hüquq müdafiəçilərinin, o cümlədən Novella xanımın fikirlərinə hörmət və rəğbət bəsləyirik. Çünki hər zaman məhkum olunmuş şəxslərin azadlığa çıxmasına çalışırlar. Əfv komissiyasına və digər qurumlara bir çox təkliflərini irəli sürür. Əfv sərəncamının may və ya başqa aylarda olması məsələsinə gəldikdə, bu Prezidentin müstəsna səlahiyyətidir. Cənab Prezident özü bilir. Buna görə də mənim hansısa tarix və ya vaxt dilə gətirməyim doğru olmaz. Əlbəttə, il ərzində Əfv sərəncamları imzalanıb. Cənab Prezidentin fəaliyyət istiqamətləri içərisində prioritetlərindən biri də cəzanın hümanistləşməsi yönündə addımların atılmasıdır. Bununla əlaqədar olaraq, qanunlar, qərarlar, o cümlədən Əfv sərəncamıının verilməsinin şahidi olmuşuq. Prezidentin siyasətində mərhəmət, ədalət, qayğıkeşlik prinsipləri hər zaman nəzərə çarpır. Birinci xanım Mehriban Əliyevanın da fəaliyyətində mərhəmət prinsipi mühüm yer tutur. Bütün bunlarda əsas məqsəd məhkumların cəmiyyətə yenidən inteqrasiyası, ailəsinə qayıtması və normal fəaliyyət göstərməsidir. Bu şans hər zaman verilir".
Komissiyanın işə başlaması ilə bağlı isə Əliməmməd Nuriyev bunları deyib:
"Bizim komissiyanın və Prezident Administirasiyasının hüquq mühafizə şöbəsinin əfv sektoru hər gün işləyir. Onun fəaliyyətində fasilə yoxdur. Bizim hər birimizin arzu və istəklərimiz ola bilər. Bu, normaldır. Amma hər bir hüququn həyata keçirilməsinin subyekti var. Əfv hüququ da müstəsna konstitusion səlahiyyət kimi cənab Prezidentə məxsusdur"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Sabah leysan olacaq, qar yağacaq
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon