Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA
Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiyi iddia olunur. Nəticədə istehlakçı məhsulu həqiqətən daha ucuz qiymətə alıb-almadığını müəyyənləşdirməkdə çətinlik çəkir.
Bəs alıcılar saxta endirimləri real kampaniyalardan necə fərqləndirə bilər? Mağazaların qiymət siyasətinə nəzarət hansı mexanizmlərlə həyata keçirilməli və istehlakçı aldadıldığı halda hüquqlarını necə müdafiə etməlidir?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, Black Friday kampaniyaları zamanı istehlakçıların diqqət etməli olduğu əsas məqam məhsulun endirimdən əvvəlki və sonrakı qiymətlərinin müqayisəsidir. Çünki bəzi mağazalar endirim ərəfəsində məhsulun qiymətini süni şəkildə artırır, daha sonra isə əvvəlki qiymətə qaytararaq bunu böyük endirim kimi təqdim edirlər. Beləliklə, alıcı əslində heç bir güzəşt əldə etmədiyi halda, özünü sərfəli alış-veriş etdiyinə inandıra bilər. İstehlakçı məhsulu həqiqətən endirimlə aldığını müəyyən etmək üçün ilk növbədə həmin məhsulun qiymət tarixçəsini araşdırmalıdır. Bunun üçün əvvəlki reklam elanlarına, mağazaların saytlarına, sosial şəbəkə paylaşımlarına və digər satış platformalarındakı qiymətlərə baxmaq olar. Eyni məhsulun bir neçə mağazada qiymətini müqayisə etmək də real endirimi müəyyənləşdirməyə kömək edir. Xüsusilə məhsulun modeli, texniki göstəriciləri və komplektasiyası eyni olmalıdır ki, müqayisə düzgün aparılsın.
Digər mühüm məsələ endirim faizinə deyil, məhsulun faktiki satış qiymətinə diqqət yetirməkdir. Məsələn, 1000 manata satılan məhsulun qiymətinin əvvəlcə 1500 manata qaldırılıb, sonra 33 faiz endirimlə 1000 manata təklif edilməsi real güzəşt deyil. Alıcı bu halda heç nə qazanmır. Ona görə də böyük endirim rəqəmlərinə aldanmaq düzgün deyil.
İstehlakçılar alış-veriş zamanı tələsməməli, ehtiyac duymadıqları məhsulları yalnız endirim adı ilə almamalıdırlar. Çünki bəzən endirim kampaniyaları insanlarda fürsəti qaçırmaq qorxusu yaradır və düşünülməmiş xərclərə səbəb olur. Ən düzgün yanaşma əvvəlcədən almaq istədiyiniz məhsulları müəyyənləşdirmək, onların qiymətini izləmək və yalnız real qiymət azalması olduqda alış-veriş etməkdir.
Eyni zamanda, istehlakçı hüquqlarının müdafiəsi baxımından süni qiymət artımı və aldadıcı endirim reklamlarına nəzarət gücləndirilməlidir. Mağazalar endirim elan edərkən əvvəlki qiyməti və endirimin hansı müddətə tətbiq olunduğunu aydın göstərməlidirlər. Beləliklə, Black Friday həqiqi endirim və qənaət fürsətinə çevrilə bilər, sadəcə marketinq üsulu olaraq qalmamalıdır.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 271 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabr