11 yaşlı Nurayın son günüdür: Müalicə üçün 1 300 manatları çatmır - FOTO
11 yaşlı Nurayın sizin köməyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Səbinə Salahova məlumat verib.
O bildirib ki, beyninin sol tərəfi iflic olan Nuray gəzə və danışa bilmir. Beyin funksiyaları iflic olduğuna görə Nuray altı aydan bir mütəmadi olaraq Türkiyənin İstanbul şəhərində bağırsaqlarından müalicə almalıdır.
"Nuray illərdir müalicələrlə həyatda qalıb. 11 yaşı var, o qədər arıqlayıb ki, 17 kiloqrama qədər enib çəkisi. Biz müalicə üçün bu gün Türkiyəyə yollanırıq. Amma müalicə üçün lazım olan məbləğ hələ də tamamlanmayıb. Müalicə üçün lazım olan 4 000 manatın 2 700 manatını toplamışıq, 1 300 manatımız çatmır".
Səbinə Salahova bu gün axşam saatlarında Türkiyəyə yollanacaqlarını deyib.
"Bir neçə həftə əvvəl sizin saytın dəstəyi ilə gediş biletlərimizi ala bildik. Bu gecə İstanbula çatacağıq. bazar ertəsi isə həkim qəbuluna gedəcəyik. Hazırda nə borc almağa adamımız, nə satmağa əşyamız qalıb. Yoldaşım uşağın xəstəliyinə görə bizi atıb gedib. Gündəlik xərcləri qarşılamaq üçün 77 yaşlı anam küçədə limon və gül satır, mən də Nurayı qardaşının yanında qoyub gedib təndirxanada işləyirəm. Yardımsevər şəxslərdən bu yolda bizi tək buraxmamağı xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 325-61-47.
"Kapital Bank": 6768 6771 7683 9631.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1280 Tarix: 23 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabr