"Crocus City Hall"dakı terrorda azərbaycanlı qız yaralanıb
Dünən gecə Rusiyanın Moskva vilayəti Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"da baş verən terror hücumunda bir azərbaycanlı yaralanıb.
Bu barədə Lent.az-ın soruğusuna cavab olaraq, Moskva azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov bildirib. Onun sözlərinə görə, hücum nəticəsində bir azərbaycanlı, 18 yaşlı Sevinc Rüstəmova xəsarət alaraq, xəstəxanaya yerləşdirilib:
"Terror aktı törədilən "Crocus City Hall"da azərbaycanlı müğənni Röyanın da konserti baş tutacaqdı. Onun konsertinə Moskva azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin qadın fəalları və onların övladları gediblər. Hadisə zamanı dərhal təhlükəsizlik qüvvələri hərəkətə keçərək onları dəhlizdən təxliyə ediblər. Şükürlər olsun ki, həmin konsertə gələnlər arasında ölən və yaralılarımız yoxdur.
Hadisə zamanı ölənlərin olduğu zalda isə azərbaycanlılar olmayıb. Yalnız bir yaralı olan S. Rüstəmovanın ora necə getdiyi araşdırılacaq. Ehtimal ki, hansısa rusiyalı dostu ilə birgə gedib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1521 Tarix: 23 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabr