NATO və Aİ Moskvadakı terror aktını pisləyib
NATO Moskvadakı "Crocus City Hall"da baş vermiş terror aktını pisləyib.
"Report" xəbər verir ki, bu barədə Alyansdan bildirilib.
Həmçinin Avropa İttifaqı da hadisə ilə bağlı Rusiyaya başsağlığı verib.
Avropa Şurasının rəhbəri Şarl Mişel özünün "X" hesabında bu barədə yazıb: "Mən Moskvadakı dəhşətli terror aktını pisləyirəm. Hər yerdə günahsız insanların itkisi insan faciəsidir. Qurbanlara və onların ailələrinə başsağlığı verirəm".
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell beynəlxalq ictimaiyyəti terrora qarşı həmrəy olmağa çağırıb: "Dünən gecə Moskvada törədilən iyrənc hücumu qəti şəkildə pisləyirəm. Terror yenidən müdafiəsiz insanları hədəf alıb".
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də terror aktını pislədiyini qeyd edib: "Mən Moskvada dinc sakinlərə qarşı törədilən və İslam qruplaşmasının üzərinə götürdüyü terror aktını pisləyirəm".
Xatırladaq ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115 çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 775 Tarix: 23 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabr