Rusiyadakı Azərbaycan səfirliyinə "Crocus City Hall"dakı terror aktı ilə bağlı müraciət edilib?
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı Azərbaycan vətəndaşları tərəfindən heç bir müraciət daxil olmayıb.
Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, terror aktının qurbanları haqqında ilk məlumatlar yayılmağa başlayan kimi səfirlik daxil olan bütün məlumatları diqqətlə izləyib. "İlkin siyahılarda yer alan Sevinc Rüstəmovanın adı yenilənmiş siyahılarda olmayıb. Lakin ölənlərin siyahısında 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı , böyük ehtimalla Rusiya vətəndaşı olan azərbaycanlının adı olub.
Hazırda Azərbaycan Respublikasının Səfirliyi bu məlumatların, o cümlədən qətlə yetirilən şəxsin meyitinin yeri, habelə mərhumun qohumları və yaxınları haqqında məlumatların dəqiqləşdirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir", - deyə səfirliyin məlumatında qeyd olunub.
Qeyd edək ki, son məlumata görə, martın 22-də törədilmiş terror aktı nəticəsində 143 nəfər həlak olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1178 Tarix: 23 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabr