Medvedev: "Terror aktının təşkilatçılarını ölüm gözləyir"
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Crocus City Hall" ticarət mərkəzinin konsert zalında baş vermiş terror aktı nəticəsində həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı verib.
Bununla bağlı siyasətçi "Telegram" kanalında yazıb.
"Terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların bütün yaxınlarına səbr diləyirəm", - o qeyd edib.
O, həmçinin əlavə edib ki, terrorçular ancaq cavab terrorunu başa düşürlər ki, bunu bütün dünya təcrübəsi göstərir. Medvedev vurğulayıb ki, bu faciəyə görə məsuliyyət daşıyanların hamısı cəzalandırılacaq və onlar başqa dövlətin məmurları olsalar belə, terrorçu kimi amansızcasına məhv ediləcəklər.
Xatırladaq ki, bu gün Moskva vilayətinin "Crocus City Hall" konsert salonunda atışma baş verib. "Crocus City Hall" ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1363 Tarix: 23 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabr