Qanun dəyişdi: Kimlər varlanacaq?

Qanun dəyişdi: Kimlər varlanacaq?Azərbaycanda "Tütün və tütün məmulatı haqqında" Qanuna dəyişiklik olunur. Milli Məclisə təqdim olunan layihəyə əsasən tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilir. Qanun layihəsində qeyd olunur ki, bu istehsal və idxal sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qeydiyyata alınacaq və reyestrinin aparılması həyata keçiriləcək.

Layihədə nəzərdə tutulan tütün məmulatlarının istehsalı müəssisəsinin qeydiyyatı üçün 34 milyon manatlıq investisiya qoyuluşu tələbi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Bir çox mütəxəssislər bunun yeni istehsal müəssisəsinin yaradılmasının qarşısını almaq, mövcud əsas istehsalçılar üçün inhisarçı şərait yaratmaq məqsədi daşıdığını bildirirlər.

Təklifin əsaslandırmasında isə qeyd edilir ki, bu mexanizm cəmiyyətin maraqlarının, o cümlədən əhalinin sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Belə ki, ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatlarının sanitar-gigiyena normalarına uyğun gəlməməsi və bazarda mənşəyi məlum olmayan, aşağı keyfiyyətli malların satışının əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsi ilə yanaşı vergidən yayınma hallarının da geniş vüsət almasına səbəb olur.

Tütün məmulatlarının istehsalı spesifik avadanlıq əsasında həyata keçirildiyindən və bu avadanlıqlara əsaslanan istehsal xəttinin qurulması böyük investisiya qoyuluşu tələb edir. Qeyd olunan avadanlıqlar əsasında 1 istehsal xəttinin quraşdırılması üçün 10 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur. Müəssisənin normal fəaliyyəti üçün bu avadanlıqlardan ibarət 2 istehsal xəttinin olması vacibdir. Göstərilən məbləğ yalnız texnoloji avadanlıqların qiymətini özündə əhatə etməklə yanaşı müəssisənin formalaşdırılması ilə əlaqədar digər xərcləri əhatə etmir.

Qeyd edilənləri nəzərə alaraq, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət vardır. Beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsalına təminat verən şəraitin formalaşdırılması məqsədi daşıyır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də tütün məmulatının istehsalı üçün investisiyanın məbləği ilə bağlı qoyulmuş şərtə aydınlıq gətirib. Qurumun rəis müavini Samirə Musayeva Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deyib ki, tütün məmulatlarının istehsalı üçün tələb olunan avadanlıqların bazar qiyməti nəzərə alınıb: "Yerli tütün məmulatlarının istehsalı yerli bazarın tələblərinə cavab verməli, idxal isə tənzimlənməlidir. Ona görə də ölkə ərazisində bir il fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması tələbi qoyulub. Yerli tütünçülüyün inkişafı bu layihə ilə hədəflənir".

Bundan başqa, vergi rəsmisi qeyd edib ki, tütün məmulatlarının tərkibində 2024-cü ildən başlayaraq 2030-cu ilədək yerli xammalın həcminin artırılması hədəflənir: "Tütün xammalının yeni növlərinin becərilməsi və həcminin artması üçün 2024-cü ildə istehsal olunan tütün məmulatlarının tərkibində 96 qram yerli xammal, 2027-2029-cu ildə 100 qram, 2030-cu və daha sonrakı illərdə 120 qram yerli xammal olması tələbi qoyulur. Bu da yerli bazarın qorunması ilə bağlı məqsədlərə xidmət etmiş olacaq".

Sənədə əsasən, sahibkarlıq subyektlərinin tütün məmulatının idxalı və istehsalını həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatının yenidən rəsmiləşdirilməsi ilə bağlı icraat "Lisenziyalar və icazələr haqqında" Qanuna uyğun olaraq həyata keçiriləcək.

Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin subyektlərin müraciəti əsasında qeydiyyata alınır.

Tütün məmulatının istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün 34 milyon manatlıq investisiya qoyuluşundan əlavə, vergi borcunun olmaması, tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq avadanlıqlarının "Texniki tənzimləmə haqqında" Qanuna uyğun olaraq uyğunluğun qiymətləndirilməsinə dair sənədlərin olması; keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası ilə (istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası olmadığı təqdirdə) müqavilənin olması, həmçinin tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair müəyyən olunan tələblərə riayət etməsi tələbi də qoyulur.

Tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçünsə azı 1 il olmaqla tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi kimi maraqlı tələb də qoyulur. Bu isə idxalçıların çevrəsinin kəskin məhdudlaşdırılması, idxalın da yerli inhisarçı istehsalçıların əlində cəmləşməsi və onların bazarda qiymətləri diqtə etməsinə şərait yaradacaq bir tələbdir.

Rəsmi mənbələr ölkədə 7 tütün məmulatı istehsalçısının olduğunu deyir. Bunlardan son məhsul - siqaret istehsalı iki böyük müəssisənin əlində cəmləşib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda 6,3 min ton yaş tütün, 1850 ton sənaye emalından keçmiş tütün, 16 milyard 10,2 milyon ədəd siqaret və siqarlar istehsal olunub.

Ötən il Azərbaycandan 5 milyon 459,65 min dollarlıq 2498,12 ton tütün xammalı, orta damarcığı çıxarılmayan tütün, 1 milyon 187,56 min dollarlıq 363,36 ton orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütün, 14 milyon 285,12 min dollarlıq 1 milyard 134,5 milyon ədəd tərkibində tütün olan siqaretlər ixrac olunub. Bu məhsulların idxalı isə müvafiq olaraq 429,3 min dollar dəyərində 157,25 ton, 4 milyon 383,49 min dollar dəyərində 740,59 ton, 7 milyon 98 min dollar dəyərində 365,21 milyon ədəd təşkil edib.

Bundan əlavə, ölkəyə 87 milyon 296,69 min dollar dəyərində 4973,14 ton emal olunmuş, tərkibində tütün əvəzediciləri olan və ya olmayan çəkməli digər tütün, 7 milyon 360,71 min dollar dəyərində 1214,77 ton homogenləşdirilmiş və ya "bərpa" edilmiş tütün, 5 milyon 664,69 min dollar dəyərində 1 172 775 ədəd birdəfəlik elektron siqaret və qəlyanlar üçün tərkibində nikotin olan məhsullar idxal olub. Sonuncudan 215,23 min dollar dəyərində 19010 ədəd ixrac da qeydə alınıb.

Beləliklə, rəsmi statistikadan aydın görünür ki, ölkədə istehsal və idxal olunan siqaret sayı birlikdə 16 milyard 376 milyon ədəd təşkil edib. Yerli istehsaldan ixrac olunan, həmçinin 2024-cü ilə keçən 590 milyon siqaret sayını çıxdıqda, ötən il ölkə üzrə siqaret istehlakının təxminən 14,6 milyard ədəd təşkil etdiyini söyləyə bilərik.

Azərbaycan 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının Tütündən istifadəyə Nəzarət üzrə Çərçivə Konvensiyasına qoşulub. Bu konvensiya tütündən istifadənin azaldılması üçün tədbirlər proqramı təklif edir. 2017-ci il dekabrın 1-də ölkədə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun qəbul edilib. Bu qanunla tütündən istifadə bir çox ictimai yerlərdə qadağan edilib və qanunun pozulmasına görə məsuliyyət müəyyən edilib. Azərbaycanın tütündən istifadə sahəsində həyata keçirdiyi tədbirlər bir çox beynəlxalq çağırışlara və tələblərə cavab verir. Lakin onların real effektinin olduğunu söyləmək mümkün deyil. Belə ki, Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının büdcə müayinəsindən aydın olur ki, 2022-ci ildə yaşı15-dən yuxarı olan əhalinin 15 faizi tütün məmulatlarından istifadə edib. Bu zaman 15 yaşdan yuxarı kişilərin 30,8 faizi, qadınların isə 0,3 faizi tütün məmulatlarından istifadə edib. Siqaretdən ən çox istifadə edənlər 44-65 yaş arası kişilərdir. Onların 44,5 faizi bu zərərli vərdişə alüdədir.

Rəsmi statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda siqaret istehlakı 15,2 milyard ədəd təşkil edib. 2022-ci ildə Azərbaycanda 13.3 milyard ədəd siqaret istehsal olunub. İdxal-ixrac həcmini, həmçinin 2023-cü ilə keçən 600 milyon ədəd qalığı nəzərə aldıqda ölkədə illik istehlakın 12,3 milyard ədəd təşkil etdiyi görünür. Bu isə o deməkdir ki, 2023-cü ildə siqaret istehlakı 2022-ci illə müqayisədə 2 milyard ədəddən çox artıb. Əlbəttə, burada qeydiyyatdan yayındırılmaqla reallaşan idxalın da payı var. Çünki bütün ölkə boyu qeydiyyatsız siqaret satışında ciddi azalma müşahidə olunmur.

Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Suleymanovun verdiyi məlumata görə, ötənilki istehsal həcmi ölkə üzrə ümümi istehlakı demək olar ki, tam təmin edib: "İstehlak edilmiş siqaretlərin 98 faizini Azərbaycanda fəaliyyət göstərən 7 müəssisə istehsal edib. Cəmi 2 faiz siqaret ölkəyə idxal edilib".

Vergi rəsmisi həmçinin qeyd edib ki, bu il Azərbaycandan təkcə Gürcüstana 3 milyard ədəd siqaret ixrac edilməsi planlaşdırılır.

"Yeni Müsavat"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1590   Tarix: 10 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr