"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydüUcarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib.

Oxu.Az Demokrat.az-a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidir - red.) ilə mübahisə edib.

Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, qadının sifət nahiyəsinə bir dəfə yumruqla, bir dəfə isə əli ilə zərbə endirərək ona xəsarət yetirib.

Ceyhun Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Ceyhun ona elan olunmuş ittihamda özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, hazırda ailə üzvləri ilə birgə yaşayır və heç yerdə işləmir. Onun sözlərinə görə, Mingəçevir sakini Elmira ilə 2025-ci ildə "TikTok" sosial platformasında tanış olub və həmin vaxtdan münasibətləri yaranıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, Elmira ona subay olduğunu bildirib:

"Bir neçə gün danışıb mesajlaşdıqdan sonra ona zəng vurdum və Yeni il bayramını birlikdə keçirməyi, Ucarda qalmasını təklif etdim. Onu Ucara dəvət etdim. Elmira da dəvətimi qəbul etdi, bayramı keçirdikdən sonra Mingəçevirə qayıdacağını bildirdi. Mən də taksi ilə Mingəçevirə gedərək onu götürərək Ucara gətirdim. Birlikdə Ucar şəhərində vaxt keçirdik. Günortadan sonra bazar ətrafındakı kafelərin birində yemək yedik, spirtli içki qəbul edərək hər ikimiz yüngül sərxoş olduq. Axşam tərəfi isə taksi ilə Bakı-Qazax magistral yolunun kənarında yerləşən qardaşım Amilin işlətdiyi kafeyə getdik və orada əylənərək bir qədər də araq içdik. Nəticədə tam sərxoş olduq".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün saat 22 radələrində Elmira ona Mingəçevirə qayıtmaq istədiyini bildirib:

"Mən isə digər taksi sürücüsü olan tanışım Eldara zəng vuraraq həmin kafeyə gəlməsini xahiş etdim. Eldar VAZ-21061 markalı avtomobili ilə gəldi. Mən ön oturacaqda, Elmira isə arxa sağ oturacaqda əyləşdi. Elmiraya birlikdə qalmağı təklif edərək səhər onu yola salacağımı bildirdim. Lakin o, artıq gec olduğunu, evə getmək istədiyini və bu dəfə mənimlə qalıb gecələyə bilməyəcəyini bildirdi. O, başqa vaxt görüşərək birlikdə vaxt keçirə biləcəyimizi dedi və məndən onu Mingəçevirə yola salmağımı xahiş etdi. Elmiradan sözümü yerə salmamasını xahiş etdim. Lakin o, "Gələn səfər bir yerdə qalarıq", - deyərək razılaşmadı. Sözümü yerə saldığına görə onun bu hərəkəti mənə pis təsir etdi və aramızda mübahisə yarandı".

Ceyhunun sözlərinə görə, həmin vaxt Ucarın Elnur Hacıyev küçəsində hərəkətdə olarkən dəmiryol keçidinə yaxınlaşıblar:

"Elmiranın hərəkəti mənə pis təsir etdiyindən və əsəbiləşdiyimdən Eldara avtomobili kənara çəkərək saxlamasını dedim. Dəmiryol keçidinə 10-15 metr qalmış avtomobili yolun sağ kənarında münasib yerdə saxladı. Mən də əsəbiləşdiyimdən avtomobildən düşdüm və arxa sağ qapını açaraq qəsdən yumruqla Elmiranın burnunun sağ tərəfindən, ardınca isə bir dəfə şillə ilə sifətinin sağ gözaltı nahiyəsindən vurdum və ona xəsarət yetirdim. Həmin vaxt orada başqa heç kim olmayıb. Elmiranın burnundan qan gəldiyi və özünü yaxşı hiss etmədiyi üçün avtomobildən su butulkası götürərək sifətinə su çilədim. Özünə gəldiyini gördüm və ona avtomobilə əyləşməyi, onu aparmağı təklif etdim. Elmira isə etiraz edərək özünün gedəcəyini və məndən şikayət edəcəyini bildirdi. Mən də Eldarın idarə etdiyi avtomobilə əyləşərək oradan getdim".

Ucar Rayon Məhkəməsinin hökmü ilə Ceyhun 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətində hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini, habelə Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulub.

Bundan başqa, təqsirləndirilən şəxsə elektron nəzarət vasitəsini gəzdirmək və onun işlək vəziyyətdə saxlanılmasını təmin etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri həvalə edilib. Kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, Ucar rayonu daxilində ictimai-iaşə və xidmət obyektlərinə getməmək vəzifəsi tapşırılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 434   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr