Ağcabədidə qadın əri və qızının batdığı yerdə FƏRYAD ETDİ - VİDEO
Zərdab sakinləri olan ata və qızı Kür çayında batıblar. Hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Baku TV hadisə yerindən görüntüləri təqdim edib.
Həmin yerə gələn ana övladı üçün fəryad edərək onun tapılmasını istəyib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində iki nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıblar. Məlumata görə, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü qız və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman azyaşlı suya yıxılıb. Atası qızını xilas etmək üçün onun ardınca suya tullanıb və o da batıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 4044 Tarix: 13 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
XƏBƏRDARLIQ! Hava YENİDƏN PİSLƏŞƏCƏK: Leysan və sel...
İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı
4 iyulKuryer şirkətinin avtomobilini yandırmağa cəhd edən şəxs saxlanılıb - VİDEO
Türkiyənin Aksaray şəhərində evinin qarşısında avtomobil park edilməsinə etiraz edən 35 yaşlı şəxs kuryer şirkətinə məxsus yük avtomobilinin təkərlərini kəsərək onu yandırmağa cəhd edib. xarici mediaya istinadla xəbər verir ki, Selçuk bulvarında yaşayan Şaban A. daha əvvəl yük avtomobilinin sürücüs
8 iyulCinsi istismara məruz qalan gənc qızın zorla qaçırıldığı iddia edilir
Türkiyənin İstanbul şəhərində cinsi istismar işi üzrə məhkəmə prosesi davam edən hadisə ilə bağlı yeni iddialar ortaya çıxıb. xarici mediaya istinadla xəbər verir ki, təqsirləndirilən R.H.U. qərar iclasına iki ay qalmış zərərçəkmiş E.Ö.-nü zorla avtomobilə mindirərək Antalyaya aparıb. Məlumata görə
7 iyulBakıda 59 yaşlı sürücü sükan arxasında öldü
Bakıda 59 yaşlı kişi sükan arxasında ölüb. -ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini 1967-ci il təvəllüdlü Faiq Oruc oğlu Məmmədov idarə etdiyi "Toyota" markalı avtomobildə infarkt keçirərək həyatını itirib. Araşdırmalar aparılır
4 iyulMəşhur fenomen cütlük silahlı hücum nəticəsində yataqlarında öldürülüb
Kosta Rikanın La Kruz bölgəsində tanınmış sosial media fenomeni, 28 yaşlı Gabriela Sanarrusia Çavarria və 30 yaşlı sevgilisi Xorxe İsaak Agüero Korea yaşadıqları evdə silahlı hücumun qurbanı olublar. xarici mediaya istinadla xəbər verir ki, gecə saatlarında kimliyi hələ müəyyənləşdirilməyən silahlı şəxslə
8 iyulÖlkəni yasa boğan hadisə! 21 yaşlı vəkil faciəvi şəkildə öldü
Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi 21 yaşlı vəkil Tuğçe Şenin həyatına son qoyub. xarici mediaya istinadla xəbər verir ki, hadisə D-400 magistral yolunda qeydə alınıb. Məlumata görə, yolu keçmək istəyən Tuğçe Şeni Uğur D.-nin idarə etdiyi avtomobil vurub
6 iyul