Qarabağı tərk edən ermənilər GERİ QAYIDIR? - AÇIQLAMA
Ermənistan müvafiq iddialar ilə Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. Belə ki, Ermənistan regionu tərk edən ermənilərin Qarabağa geri qaytarılmasını və həmin ermənilərin özlərinə tabe olmasını istəyirlər. Bununla yanaşı regionu tərk edən ermənilərin qayıtmayacaqları təqdirdə Azərbaycandan onlara qaçqın statusunun verilməsini tələb edirlər. Bəs məhkəmə qərarı ilə Ermənistanın tələbləri yerinə yetirilə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan Turab rzayev deyib ki, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsi bu yaxud digər məsələlərdə müraciət etməkdə sərbəstdir:
" Onların qaçqın məsələsini gündəmə gətirməkləri isə ilk hal deyil. Burada Azərbaycanı ittiham edirlər ki, guya Qarabağın erməni sakinlərinə etnik təmizləmə aparılıb. Əlbəttə ki, bütün bunlar reallığı əks etdirmir. Dünya ictimaiyyətinin gözü qarşısında biz həmin ailələrə Azərbaycan ərazisində qalmağı təklif etdik. Öz vətəndaşımız olacağı təqdirdə imtiyazlar əldə edəcəklərini bildirdik. Amma onların seçimi Ermənistan tərəfindən oldu və Azərbaycan ərazisini tərk etdilər. Azərbaycan tərəfi Qarabağı tərk edən erməni sakinlərin qərarına hörmətlə yanaşdı. Bunu Azərbaycanın əleyhinə istifadə etmək doğru bir addım deyil. Çünki hansı şəkildə Azərbaycanı bununla ittiham edirlər. Əlbəttə ki, həmin şəxslərə qaçqın statusu verə bilərlər. Onların hüquqi statusu müzakirə oluna bilər. Onların Azərbaycan ərazisinə qaytarılması ilə bağlı hansısa addımın həyata keçiriləcəyini düşünmürəm. Çünki Beynəlxalq Ədalət Məhkəməsinin belə bir mexanizmi yoxdur. Böyük ehtimalla Azərbaycanın bununla bağlı şərtləri olacaq. Ermənistan ilk dəfə deyil ki, Azərbaycanı bu məhkəməyə verir. Demək olar ki, hər həftə bir məsələ qaldırırlar. Bu məsələdə Ermənistanın xeyrinə bir qərar veriləcəyini düşünmürəm. Maksimum Ermənistan bu məhkəmələrı həmin şəxslərə və müvafiq strukturları ilə bağlı yardım almağa hesablanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1368 Tarix: 15 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabr