Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO
Yaz aylarında təbii bitən, xüsusilə də qida kimi istifadə edilən bitkilərə maraq çoxalır. Belə bitkilərdən biri də qulançardır. Əsasən dadı və tərkibinin zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur.
İndi qulançarın yığım vaxtıdır. Məhsul əl ilə yığılır və 200-250 qramlıq dəstələrə bağlanıb, bazarlarda satışa çıxarılır. Bu bitkiyə tələbat çox olduğundan qiyməti də bahadır. Qulançar quzu ətinin qiymətinə - 16-17 manata, bəzən ondan da artığına satılır.
Tovuz sakinlərinin əksəriyyəti qulançarı sahələrdən özləri toplayırlar. Xüsusən də bu işə ailəvi qoşulurlar.
"Qulançara "quşqonmaz" da deyirlər. Bərk hissələrini qırıb, sonra doğrayıb suda qaynadırıq. Suyunu süzəndən sonra soğanla qızardırıq. Müxtəlif cür bişirmək olur. İstəyən zövqə görə üzərinə yumurta da vura bilər, yumurtasız, uzun halda qızardıla da bilər.
Qulançar müalicəvi xüsusiyyətə malikdir, tərkibində "asparagin" və bir sıra vitaminlər - A, B1, B2, C var. Tovuz-Qazax bölgəsində sakinlər qulançarın yığımına əsasən aprel-may aylarında başlayırlar.
Qeyd edək ki, gəlirli bitki olan qulançarın çoxlu seleksiya sortları da yaradılıb və ölkəmizdə də becərilməkdədir. Lakin rayon sakinləri əsasən təbii şəraitdə bitən qulançarları toplayıb istifadə etməyə üstünlük verirlər.
Ətraflı ATV-nin süjetində:
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1299 Tarix: 15 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabr