Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT
Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb.
Tribunainfo.az məlumat verir ki, yayılan xəbərlərə əsasən, BAU-nun prorektoru dostları ilə birlikdə Gürcüstanın paytaxtı Tiflisə istirahətə yollanıb və aprelin 11-də əyləncə məqsədi ilə Tiflisdəki məşhur "Ambasodor" kazinosuna gedib. Amma onun əyləncəsi necə deyərlər, "burnundan gəlib". Belə ki, prorektor kazinoda yüksək məbləğdə pul uduzub. Ümumiyyətlə, onun azart həvəskarı olduğu haqda iddialar var.
Qeyd edək ki, Gürkan Hüseynov həm də Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğludur. Əslən Gədəbəydən olan rektor öz oğlunu ali məktəbin prorektoru təyin edib. Lakin göründüyü kimi, prorektor elm və tədrisi deyil, bayram günlərində qumarı üstün tutub. Bildirilir ki, bu hadisə rektor atasını möhkəm qəzəbləndirib və Nazim Hüseynov prorektor oğlunun kazinoda yüksək məbləğdə pul uduzmasına görə bərk dilxor olub. Yayılan məlumatlarda o da deyilir ki, sözügedən kazinoya yalnız pasportla və video qeydiyyatla daxil olmaq mümkündür.
Yəni müştərinin şəxsiyyətinin kimliyi qeydə alınır, eləcə də video görüntü götürməklə üzü skayner edilir. Ona görə də kazinodakıların kimliyi haqda obyektin administrasiyasında səhih məlumatlar olur. Bu səbəbdən yayılan informasiya ilə bağlı "Ambasodor" kazinosu ilə əlaqə saxlayaraq dəqiqləşdirmə aparmağa çalışdıq. Lakin oradan saytımıza deyildi ki, onlar müştəriləri barədə məlumatları məxfi saxlayırlar və yalnız rəsmi sorğu əsasında cavab verilə bilər. Onu da deyək ki, qeyri-iş günləri olduğu üçün xəbəri Hüseynovların özü və universitetlə aydınlaşdırmaq imkanımız olmadı. Bütün hallarda yayılan bu məlumatlarla bağlı qarşı mövqeyini işıqlandırmağa hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1105 Tarix: 16 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabr