"İpoteka kreditlərinin faizlərinin aşağı salınması ailələrin ev problemini həll edə bilər" - AÇIQLAMA

"İpoteka kreditlərinin faizlərinin aşağı salınması ailələrin ev problemini həll edə bilər" - AÇIQLAMABu gün ailələrin, gənclərin ən böyük problemi mənzil ala biləcək imkanlarının olmamasıdır. Bu baxımdan vətəndaşlar ya kirayə qalmaq məcbruiyyətində qalır, ya da daxili ipoteka kreditlərindən yararlanır. Vətəndaşların rəsmi ipoteka kreditlərindən yararlana bilməməsinin əsas səbəbi onların əmək haqlarının aşağı olması və ipoteka kreditlərinin faizlərinin yüksək olmasıdır. Məsələn: ölkədə minimum əməkhaqqı olan şəxslər ipoteka kreditlərindən yararlana bilmir. Həmin əməkhaqları yüksəs olmalıdır ki, vətəndaş ipoteka kreditlərindən yararlana bilsin. İpoteka kreditləri üzrə müvafiq kateqoriyalar mövcuddur. Buna nümünə olaraq illik dərəcəsi 4 faiz olan ipoteka kreditləridir. Bu kreditlərindən dövlət qulluqçuları, müəllimlər, hərbçilər və alimlər yararlana bilir. Bəs illik faiz dərəcəsi aşağı olan bu kateqoriya bütün vətəndaşlara şamil edilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkəmizdə daşınmaz əmlakların nağd satılması ilə bərabər, o cümlədən müxtəlif kredit vasitələridə satılır. Güzəştli ipoteka kreditlər var ki, illik 4 faiz, adi ipoteka 8 faiz, bank daxili satılan ipoteka mənzilləri var ki, onların illik faiz dərəcəsi 10-14 arası dəyişir. Hər kateqoriyadan olan kreditli satışlar ilə bağlı müştəri bazası var. Ən ucuz faiz dərəcəsi olan güzəştli ipoteka kreditləri var ki, onların faiz dərəcsi 4 -dür:

"Faiz dərəcəsi 4 olan ipoteka kreditlərindən yalnız müəyyən kateqoriyadan olan şəxslər yararlana bilir. Bunlara hərbçilər, alimlər, müəllimlər və s. peşəyə mənsub şəxslər daxildir. Ökəmizin böyük şəhərlərində, xüsusilə paytaxt Bakı şəhərində daşınmaz əmlakların qiymətlərində hər ay demək olar ki, artımlar müşahidə olunur. Demək olar ki, əhalinin böyük bir hissəsinin aylıq gəlirləri, aldıqları əmək haqları daşınmaz əmlak bazarındakı əmlakların qiymətləri ilə üst-üstə düşmür. Xususən həmin əmlaklar kreditli vasitələr ilə satıldıqda onların qiyməti yüksək olduğuna görə, hər bir şəxs hər hansısa bir qurumda çalışsa da əmək haqları aşağı olarsa bu tipli kredit vasitələrdən yararlana bilmir. Təbii ki, bu hal yalnız ipoteka kreditlərinə şamil olunur".

Ekspertin deyib ki, digər daxili ipoteka kreditləri ilə mənzil satan tikinti şirkətləri var ki, onlar vətəndaşın rəsmi iş yerinə önəm vermir. Onlar üçün maralı olan illik ödəniş və vətəndaşın ödənişi aylıq ödəməsidir:

"Bizim ölkəmizdə çoxsaylı insanlar var ki, xarici ölkələrdə biznesləri var yaxud ikinci işləri və əlavə peşə ilə məşğul olurlar. Ordan qazandıqları gəlirləri rəsmi olaraq göstərə bilmədikləri üçün onlar daxili ipotekadan yararlansa da, rəsmi ipotekalardan yararlana bilmirlər. Banklar vətəndaşlara ipoteka kreditləri verərkən çoxsaylı sənəd toplusu tələb edirlər. Bu da bankın özünü sığortalaması üçün hesablanır. Vətəndaş əgər ipoteka krediti ilə mənzil götürürsə, onun ödəmə qabiliyyəti və onun aldığı məvacibdən asılıdır. Ölkədə minimal əməkhaqqı ilə çalışan insanlarımız var. Bu əmək haqları bəzən bir otaqlı mənzilin kirayə pulunu belə ödəmir".

Elnur Fərzəliyevin sözlərinə görə, gələcəkdə həmin şəxslərin ev probleminin aradan qaldırılması üçün mütləq şəkildə onların əmək haqlarının artırılması ilə bağlı qərar verilməlidir:

"Çünki aldığı əməkhaqqı onun kreditini qarşılaya bilmirsə, banklar bu kateqoriyaya aid olan insanlara ipoteka kreditləri verə bilmirlər. Təbii ki, ailə üzvlərində işləyənlərin sayı çoxdursa onların ümumi gəlirləri ipoteka kreditlərinə dəstək ola bilər. Lakin, güzəştli kateqoriyalar müvafiq şəxslərə şamil olunur. Düşünürəm ki, faizlərin aşağı salınması ailələrin ev problemini və iqtisadi baxımından bank və sığorta şirkətlərinin fəaliyyətini genişləndirə bilər. Biz xarici ölkə təcrübəsinə baxsaq, ən az bank faizləri daşınmaz əmlaklara verilir. Daşınmaz əmlaklara ayrılan ipoteka kreditlərinin faizləri aşağı salındıqda bu sahəyə olan tələbat artır. Minimum əməkhaqqı alan şəxslərin mənzillə təmin olunmasının yolun onların maaşlarının artırılmasından keçir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1721   Tarix: 16 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr