Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
Yaratdığı məişət qalmaqallarına görə, cəmiyyətdə müntəzəm olaraq tənqid hədəfinə çevrilən bəzi sosial yönümlü verilişlərin mövsüm sonunda, yəmni iyun ayının axırında birdəfəlik efirdən yığışdırılacağına dair iddialar yayılıb.
Sosial şəbəkələrdə yayılmış məlumata görə, ATV-də Zaur Bəxşəliyevin "Bizimləsən", ARB-də Xoşqədəm Hidayətqızının "Səni axtarıram", Elgiz Əkbərin "Elgizlə izlə", Xəzər TV-də Lalə Azərtaşın "Təsir dairəsi", Zaur Kamalın "Həmin Zaur" verilişlərinin bağlanması ilə bağlı artıq yekun qərar verilib və sentyabr ayından efirdə daha səviyyəli verilişlərin yayımlanması gözlənilir.
Lent.az bu məlumatın nə dərəcədə doğru olub –olmadığını öyrənməyə çalışdı.
ARB-dən sorğumuza cavab olaraq bildirildi ki, efir toru barədə öncədən məlumat verməyi etik hesab eləmirlər:
"Hansı verilişlərin efirə gedəcəyi hələ bilinmir. Çünki 2025-ci ilin efir şəbəkəsi üzümüzə gələn iyun ayında müzakirə olunacaq. Hansı verilişlərin təqdim olunacağı barədə öncədən məlumat vermək olmur".
Xəzər TV-dən Lalə Azərtaşın "Təsir dairəsi" verilişinin yığışdırılması barədə məlumat təsdiqlənsə də, "Həmin Zaur" verilişİnin taleyi barədə məlumat verilmədi.
ATV kanalından isə ümumiyyətlə, bu barədə heç bir məlumat verə bilməyəcəklərini bildirdilər.
"Bəzi verilişlərin efir müddəti azaldılıb, amma onlara qadağa qoyulmayıb" deyə qeyd edildi.
Qeyd edək ki, bu iddiaların səslənməsinin səbəbi özəl telekanalların rəhbərlərinin bir müddət əvvəl Prezident Administrasiyasına çağırılaraq, sosial yönümlü proqramların məzmunu ilə bağlı ciddi xəbərdarlıq almalarıdır.
Görünən odur ki, özəl telekanallar hələlik "qızıl yumurtlayan toyuqlarını", yəni cəmiyyətini mənəviyyatını korroziyaya uğratsa belə, böyük pullar qazandıran proqramlarını kəsmək fikrində deyillər.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1248 Tarix: 24 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Təcili yardım niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirus xəstələrinin və COVID-19-a şübhəli hansı hallarda poliklinikaya, hansı hallarda isə Təcili Tibbi Yardıma müraciət etməsi barədə məsələyə münasibət bildirib. Onun sözlərinə görə, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqınd
8 dekabr 2020Bu ölkədə gecə əyləncələri BƏRPA OLUNUR
Rusiya paytaxtının rəhbərliyi bu gündən etibarən iaşə müəssisələrinin, klubların, diskotekaların və digər əyləncə təşkilatlarının gecə işinə qoyulan məhdudiyyəti ləğv edib. Bu barədə Moskva meri Sergey Sobyanin özünün bloqunda məlumat verib. Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, gecə məkanlarını
27 yanvar 2021İri ticarət mərkəzləri və "Mall"lar sentyabrın 13-dən açılır?-AÇIQLAMA
Sentyabrın 8-dən Azərbaycanda karantin rejimi yenidən yumşaldılır. Belə ki, rayonlara şəxsi avtomobillə gediş-gəliş bərpa edilir, restoran və kafelər əvvəlki qaydada fəaliyyət göstərəcək. Növbəti yumşalmada iri ticarət mərkəzləri də açılacaqmı? . Bununla bağlı -a danışan deputat Azər Badamov bildiri
7 sentyabr 2020İTV-nin əməkdaşına qarşı sosial şəbəkədə təxribat - FOTO
İTV-nin əməkdaşı Nigar Sabirqızına qarşı sosial şəbəkədə təxribat olub. -ın xəbərinə görə, bu barədə N.Sabirqızı özü məlumat verib. "İnstagramda bəzi səhifələr şəklimdən istifadə edərək guya hansısa məbləğdə pul uduşu qazanmağım və bu barədə İTV-nin efirində məlumat getdiyi ilə bağlı yalan informasiy
4 aprel 2021MM-də dövlət qulluğuna qəbul qaydalarının sadələşdirilməsi təklif olunub
"2019-cu ilin dövlət büdcəsində əməyin ödənişi xərci üzrə 82 milyon manat qənaət yaranıb. Bu, əsasən büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır". , bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasını
6 noyabr 2020Hamilə qadınlar peyvənd olundu - Təhlükə varmı?
"Pfizer/BioNTech" hamilələr üçün peyvənd sınaqlarına başlayıb. -a istinadən bildirir ki, araşdırma 9 ölkədə 4 min qadın üzərində gerçəkləşdiriləcək. Artıq araşdırma çərçivəsində ABŞ-dakı qadınlara ilk dozalar inyeksiya olunub. Prosedura qatılan qadınlar 18 yaşdan yuxarı və hamiləliklərini
13 mart 2021Vətən Müharibəsi şəhidinin 19 yaşı qeyd edildi
Biləsuvarda Vətən müharibəsi şəhidi İlkin Məmmədovun doğum günü qeyd olunub. -a istinadən xəbər verir ki, bu gün şəhidimizin Biləsuvar şəhərindəki ata ocağı rayon ictimaiyyəti və döyüş yoldaşları tərəfindən ziyarət olunub. Məmmədov İlkin Fərhad oğlu 27 mart 2002-ci ildə Biləsuvar rayonunda dünyaya gö
27 mart 2021Bir saata iki zəlzələ oldu
Gürcüstanın qərbində, Oni şəhərindən cənub-şərqində iki zəlzələ olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir saat fərqi ilə baş verən zəlzələlərin episentri Onçeli kəndində yerləşib. Birinci zəlzələ 3,7, ikinci zəlzələ isə 4,3 bal gücündə olub. Dağıntı və itkilər barədə məlumat yoxdu
13 mart 2021