"Düşmən mediasındakı yalan məlumatlar hərbçilərimizin ruhuna mənfi təsir edə bilər"

"Düşmən mediasındakı yalan məlumatlar hərbçilərimizin ruhuna mənfi təsir edə bilər""Daxili hərbi-siyasi vəziyyəti iyul döyüşlərinə nəzərən təhlil etdikdə görürük ki, bu döyüşlərdə Azərbaycanın media sektoru da özünü müsbət mənada göstərdi. Müdafiə Nazirliyinin mətbuat xidməti lazımi tədbirlər görərək, həm iaşə obyektlərində, həm ictimai nəqliyyatda, həm də kütləvi informasiya vasitələrində geniş təbliğat işləri apardı".

"MediaPost"un məlumatına görə, bunu politoloq, Sosial Tədqiqatlar Mərkəzinin daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi İlyas Hüseynov deyib.

"Bəzən bir foto bütün prosesi dəyişə bilər"

Onun fikrincə, iyul hadisələrində hərbçilərimizin dislokasiyası, hərbi texnikaların, silah-sursatların və ağır artilleriyanın istiqamətinin yerdəyişməsi dövlət sirrinin yayılmaması fonunda həyata keçirilib:

"Bu hadisələrdə qabaqlayıcı tədbirlər həm mediada, həm də sosial şəbəkələrdə aparıldı. İnformasiya müharibəsində düşmən tərəfinin ayıq-sayıq olması hər birimizi daha diqqətli davranmağa səfərbər etdi. Təsəvvür edin, bəzən bir foto bütün prosesi dəyişə bilər. Ona görə media nümayəndələri, sosial şəbəkə istifadəçiləri və blogerlər özlərini ümumi milli kontekstdə göstərə bildilər. Təkcə ənənəvi media yox, eləcə də böyük auditoriyanı idarə edən blogerlər var. Səhvlər arzuolunan deyil. İyul döyüşləri digər döyüşlərdən bu sahədə irəliləyişlərin olması ilə fərqləndi. Deyə bilərik ki, dövlətin informasiya siyasəti uğurlu oldu".

İ. Hüseynov müşahidələrinə əsasən bildirib ki, əvvəllər sosial şəbəkə istifadəçiləri bilməyərəkdən səhvə yol verirdilərsə, hazırda təbliğat işlərinin aparılmasına görə, bu məsələlərdə xeyli dəyişiklik olub:

"Hazırda ictimaiyyətdə sosial məsuliyyət yüksək səviyyədədir. Hər kəs özünü informasiya müharibəsinin "döyüşçü"sü hesab edir. Onlar yalnız rəsmi qurumların verdiyi məlumatları paylaşaraq, yalan məlumatların yayılmasının qarşısını alırlar. Bilirlər ki, səhv və təhrif olunmuş məlumat yaymaq faciə ilə nəticələnə bilər. Unutmaq olmaz ki, düşmən mediasında yayılan hər bir yalan məlumat hərbçilərimizin də döyüş ruhuna mənfi təsir edə bilər".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1047   Tarix: 21 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

DÇ-2026-da hakim irqçilikdə ittiham olunur

FIFA 2026-cı il dünya çempionatının qrup mərhələsində Almaniya və Kürasao yığmaları arasında keçirilən oyundan əvvəl avstraliyalı hakim Şon Evans tərəfindən irqçi jestin nümayiş etdirilməsi ehtimalı ilə bağlı araşdırmaya başlayacaq. bu barədə "The Telegraph" nəşrinə istinadən xəbər verir. Mat

15 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslarda

29 iyun
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun
.

Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək

İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri

24 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun