İri ticarət mərkəzləri və "Mall"lar sentyabrın 13-dən açılır?-AÇIQLAMA
Sentyabrın 8-dən Azərbaycanda karantin rejimi yenidən yumşaldılır. Belə ki, rayonlara şəxsi avtomobillə gediş-gəliş bərpa edilir, restoran və kafelər əvvəlki qaydada fəaliyyət göstərəcək. Növbəti yumşalmada iri ticarət mərkəzləri də açılacaqmı?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, Operativ Qərargah gündəlik sanitar epidemioloji vəziyyəti təhlil edir və şəraitə uyğun qərarlar qəbul edilir.
Ölkədə koronavirus pandemiyası sabitləşdiyindən sentyabrın 8-dən tətbiq olunmuş karantin rejimində bir çox yumşalmalarla bağlı qərar qəbul olunub.
Vəziyyətin sabitləşməsi onu deməyə imkan verir ki, insanlarımız pandemiya dövrünün tələblərinə uyğun yaşamağa öyrəşir.
Əvvələr tibbi maskanın taxılmasına insanlar bir təhər baxırdısa, indi hamı üzərində tibb maska gəzdirir. Qapalı məkana daxil olan kimi hamı tibbi maskanı taxır. Onu da qeyd etmək lazımdır ki, nəzarət də güclənib.
Qaydaları pozanlar cərimə olunur, ictimai qınaq artıb. Düşünürəm növbəti mərhələdə yumşalmalar iri ticarət mərkəzlərini əhatə etməlidir. Çünki, uzun müddət qapalı olduğundan belə yerlərdə insanlar işsiz qalmış, sənaye malların satışı ilə məşğul olan minlərlə sahibkarın satışında yaz kolleksiyası geyim malları qalmışdır. İndi heç olmasa belə sahibkarlıq subyektlərinə şərait yaradılmalıdır ki, qış mövsümünə hazırlaşsınlar. Dünya praktikasında da iri ticarət mərkəzlərin fəaliyyətinə qoyulmuş qadağalar aradan qaldırılıb.
Pandemiyanın ömrü nə qədər uzanacağı heç kim bilmir. Ona görə də iqtisadiyyatın ölkə daxili bütün sahələrin fəaliyyəti bərpa olunmalı və dövrün tələblərini gözləməklə həyata davam olunmalıdır. Hərə öz işi ilə məşğul olmalıdır.
İnsanlar işləməli, nəzarətçilər pandemiya dövrün tələblərinə riayətinə nəzarəti gücləndirməli və həkimlər də müalicə ilə məşğul olmalıdır. Düşünürəm pandemiya dövründə həyata davamın formulu belə olmalıdır. Belə olarsa qısa bir zamanda ölkədə iqtisadi fəallıq bərpa olunar, insanlar pandemiyanın yaratdığı iqtisadi çətinliklədən tez bir zamanda qurtular. Ən düzgün qərarları və son sözünü Operativ Qərargah deyir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 16622 Tarix: 07 sentyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi
Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad
26 iyunUkraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn
16 iyunYaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA
Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya
26 avqustİlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub
29 iyunAzərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
24 iyunAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyul