TƏHMİNƏnin səsi: "Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum..."
"Kinostudiyada işlədiyim müddətdə mənim Rasim Ocaqovla yaradıcılıq tandemim yaranmışdı. "Ölsəm bağışla" filmində baş qəhrəmanı, daha sonra bir filmində rus aktrisasını səsləndirmişdim. "Təhminə" filmi həyatımda ikinci bir ajetioaj, səs-küy yaratdı. Rasim Ocaqov Təhminəni səsləndirməyə məni özü dəvət etdi. Biz işləməyə başlayanda mənə xəbərdarlıq etdi ki, bax burada elə səhnələr var ki, özünü itirmə, söyüş söyməlisən, bu roldur, bunu demək lazımdır, etməlisən. Səsləndirmə vaxtı otaqda kollektivin üzvlərindən az sayda adam var idi. O hər şeyi nəzərə almışdı ki, mən utanıb çəkinməyim. Heç kimi görmədən, heç kimə baxmadan sadəcə ekrana baxıb o səsləndirməni etmişəm"
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nəcibə Hüseynova deyib. O daha sonra bildirib ki, uzun müddət tamaşaçılar bu səsin kimə məxsus olduğunu bilməyib.
"Uzun müddət heç kim bilmirdi ki, Meral Konratı kim səsləndirib? Mən də buna çox sakit, səsləndirdiyim filmlərdən biri kimi yanaşmışam. Amma sonra "Burç fm" radiosuna məni dəvət etdilər. Aparıcı Zaur Kamal idi. Arada fasilələrdə anons verirdi ki, çox maraqlı açıqlamalar olacaq, bizdən ayrılmayın. Mən də fikir vermirdim ki, nədən danışır. Birdən-birə dedi ki, bu gün biz bir sirrin üstünü açacağıq. Növbəti anons vaxtı dedi ki, Təhminə rolunu səsləndirən Nəcibə xanım qonağımızdır. Mən efir vaxtı şoka düşdüm ki, bu necə bilir? Mən hələ də bilmirəm ki, o bu xəbəri hardan öyrənmişdi? Bunu radioda elan edəndən sonra kim verilişə qulaq asmışdısa hamı bildi. Amma indiyə qədər bilməyənlər də var" deyə aktrisa bildirib.
Nəcibə Hüseynova bildirib ki, bir çox səbəblərdən çəkilən filmləri yenidən səsləndirmə imkanı yaranır.
"Filmin müəllifi rejissordur. Çünki o tam filmi bilir. Və bilir ki, istəyi nədir? Həmin aktrisanın qarşısına hansı məqsəd qoymuşdu?! Bəlkə həmin aktrisa hansısa epizodda onun öhdəsindən gəlməyib. Biz onu intonasiya ilə səsləndirmədə düzəldirik. Aşırı dərəcədə olanda biz onu yumşaldırıq. Yaxud da bəzən kiminsə işi çıxır, ölkədə olmur. Ona görə həmin aktrisanı biz səsləndiririk" deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1028 Tarix: 29 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur reper federal axtarışa verildi
Rusiya İstintaq Komitəsi məşhur reper Morqenşternin federal axtarışa verildiyini təsdiqləyib. -a istinadən xəbər verir ki, bu barədə qurumun "Telegram" kanalında məlumat verilib. Məlumata görə, reperə qarşı cinayət işi Moskva Şimal İnzibati Dairəsi üzrə İstintaq Komitəsinin Savelovski şöbəs
27 yanvar 2025Milli Məclisin növbəti plenar iclası başlayıb, gündəlikdə 12 məsələ var
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. xəbər verir ki, plenar iclasın gündəliyində Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının təsdiqi, yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanunun layihəsi daxil olmaqla, ümumilikdə, 12 məsələ var
10 fevralBelarus Azərbaycana süd konservlərinin tədarükünə başlayacaq
Belarusun "Rogaçev Süd Konservləşdirmə Kombinatı" Azərbaycanın "Foodini" və "Yaylaq" şirkətləri ilə süd konservləri, kərə yağı və quru süd məhsullarının tədarükünə dair saziş imzalayıb. xəbər verir ki, sənəd Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumu çərçivəsind
15 oktyabr 2025Yaxşı yatmağa kömək edəcək üç "şah" məhsul
"Yuxu pozğunluqları müasir insanın ən geniş yayılmış problemlərindən biridir. Bunun əsas səbəbi isə sirkad ritmlərə riayət edilməməsi və ya "sosial jet laq" adlanan vəziyyətdir". -ın -ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı tibb elmləri doktoru, nevroloq Aleksey Danilo
24 noyabr 2024İşdə yediyi yeməkdən sonra 13 orqanı çıxarıldı
İngiltərədə yaşayan 39 yaşlı Rebekka Hindin həyat hekayəsi həm ürək dağlayır, həm də insan iradəsinin gücünü göstərir. Ona nadir rast gəlinən, çox ağır gedişə malik və müalicəsi son dərəcə çətin olan "jele xərçəngi" - elmi adı ilə Pseudomiksoma Peritonei diaqnozu qoyulub. xəbər verir ki, hə
29 may 2025Döyüşün ortasında qalan qız döyülərək huşunu itirdi - VİDEO
Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda inanılmaz görüntülər qeydə alınıb. xəbər verir ki, bir marketin qarşısında iki qrup arasında naməlum səbəbdən dava düşüb. Tərəflər bir-birilərinə dəyənək və yumruqlarla hücum ediblər. Daha sonra digər şəxslərin də davaya qarışması ilə küçə döyüş meydanın
11 iyul 2025Çinlilərin zəka artıran səhər YEMƏYİ - Sirri bu imiş
Tanınmış daxili xəstəliklər və kardiologiya mütəxəssisi Prof. Dr. Canan Karatay zəka inkişafını dəstəkləyən səhər yeməyi ilə bağlı yeni açıqlaması ilə gündəmə gəlib. xəbər verir ki, onun sözlərinə görə, zəkanın açarı "yumurtadır" və bu, qədimdən həm Türk mədəniyyətində, həm də Çin ənənələrind
1 iyul 2025