109 il əvvəl Tələt Paşanın göndərdiyi teleqram: Erməniləri ifşa edən sənəd

109 il əvvəl Tələt Paşanın göndərdiyi teleqram: Erməniləri ifşa edən sənədDiaspor və "soyqırımı" yalanını müdafiə edənlər həmişə Osmanlı dövlətinin daxili işlər naziri Mehmet Tələt Paşanın Ankara valiliyinə göndərdiyi teleqrama istinad edirlər. Sənədlər Türkiyə əleyhdarlarını inkar edir. Tarixçilər isə Tələt Paşaya məxsus sənədlərin təhrif edildiyini bildirirlər.

Publika.az xəbər verir ki, alman sosioloq Taner Akçam qondarma erməni "soyqırımı" yalanı ilə bağlı tezislər müdafiə edən aparıcı adlardan biridir. Akçam qondarma soyqırımın sübutu kimi Tələt Paşanın 29 avqust 1915-ci ildə Ankara valiliyinə göndərdiyi teleqrama istinad edib.

Bununla belə, teleqramda tələb olunan daşınma prosesinin ekstremistlərin öhdəsinə buraxılmaması və mühafizənin təmin oluna bilməyəcəyi yerlərdə daşınmanın təxirə salınması barədə məlumatlar yer alır. Teleqramda həmçinin vurğulanır ki, bütün müvafiq məmurlar hücumlara görə məsuliyyət daşıyacaq və dərəcələrinə uyğun olaraq mühakimə olunacaqlar.

"Ermənilərin qurduqları silahlı təşkilatlar Sivasın şərqində bir çox şəhərlərdə üsyan edib, on minlərlə müsəlman türkü qətlə yetiriblər".

Şişirdilmiş rəqəmlər

Hər il aprelin 24-də və ondan sonrakı günlərdə deportasiya ilə bağlı məsələlər gündəmə gətirilir. Türkiyəli tarixçi, professor Taha Niyazi Karaca qeydlərin düzgün şərh edilməsinin lazım olduğunu söyləyib:

"Tələt Paşanın sənədlərində qeyd olunan 924 min nəfərin deportasiyaya məruz qalıb-qalmadığı və ya bu şəxslərin deportasiya edilməsinin planlaşdırıldığı bildirilmir. 1914-cü il Osmanlı qeydlərinə görə ermənilərin ümumi əhali sayı 1 milyon 200 min civarında idi. 1882-ci ildə Erməni Patriarxlığının 6 vilayətində 1 milyon 18 min nəfər yaşayırdı. Müharibədən əvvəl ümumi erməni əhalisi 1 milyon 579 min nəfər idi. Mənbələrdən biri olan HFB Linçin verdiyi məlumata görə, 1900-cü ildə Osmanlı İmperiyasında 1 milyon 325 min erməni yaşayırdı. Belə ki, 1914-cü ildə Osmanlı İmperiyasında maksimum 1 milyon 500 min erməninin yaşadığı anlaşılır. Üstəlik, 1 milyon 200 min insanın öldürüldüyünü iddia etsək, onda demək olar ki, heç bir erməni qalmayıb. Deportasiya zamanı itkilər oldu, ancaq bu rəqəm 200 min idi".

Traixçi insanların çoxunun epidemik xəstəliklər və yaşayış şəraiti səbəbindən həyatını itirdiyini qeyd edib:

"Konvoylara hücum edərək erməniləri öldürən 2 mindən çox cinayətkar ölüm cəzası da daxil olmaqla, müxtəlif cəzalara məhkum edilib. Erməni qiyamlarının başladığı 1890-1896-cı illər arasında 25 min türk öldürülüb. Bu dövrdə qiyam qaldıran ermənilərin irəli sürdüyü rəqəmlər tutarsızdır. Məsələn, Ermənistanın sabiq xarici işlər naziri Edvard Nalbandyan iddia edir ki, o dövrdə 50-300 min arası erməni qətlə yetirilib. Sənədlər və rəsmi məlumatlar göstərir ki, 35 min adam ölüb".

"1890-1896-cı illər arasında baş verən hadisələri araşdırmaq üçün amerikalı jurnalist Corc Hepvort xüsusi dəvət edilib. O, yazılarında qeyd edib ki, türklərin ermənilərlə problemi yoxdur. Əksinə, İngiltərə, Fransa və Rusiya təxribata can atır. Ermənistanı qıcıqlandıraraq münaqişə başladırlar".

Almanların qeydləri

Digər tərəfdən, I Dünya Müharibəsi illərində erməni quldur dəstələri tərəfindən müdafiəsiz və günahsız türk xalqına qarşı törədilən qırğınlar Almaniya Xarici İşlər Nazirliyinin siyasi arxiv sənədlərində də yer alıb. Səfir Hans von Vangenheim 18 may 1915-ci ildə Ərzurum konsulluğundan Almaniya Xarici İşlər Nazirliyinə xəbər çatdırıb. O, Vanın ruslar tərəfindən işğal edildiyini, ruslarla əməkdaşlıq edən ermənilərin müsəlmanları qətlə yetirdiyini, 80 min müsəlmanın Bitlisə qaçdığını bildirib. Vangenheim erməni vəhşiliyi ucbatından İrəvan, İğdır və Naxçıvandan Bəyazidə köçən müsəlmanların sayının 10 minə çatdığını da bildirib.

İstanbuldakı səfir Johann Heinrich von Bernstroff Almaniya Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda erməni quldur dəstələrinin Ərzurum, Ərzincan, Trabzon və ətraf ərazilərdə yaşayan türklərə qarşı vəhşiliklər törətdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, müasir Türkiyənin təməlini qoyan və böyük xilaskarlarından olan, Anadoluda türk millətinin əbədi əmin-amanlığını təmin edən Tələt Paşa 103 il öncə erməni terrorunun qurbanı olub. Tələt Paşa 1921-ci il martın 15-də Almaniyanın paytaxtı Berlində Daşnaksütyun Partiyasının təşkil etdiyi "Nemezis" əməliyyatı çərçivəsində Soğomon Teyliryan adlı erməni terrorçu tərəfindən qətlə yetirilib.
109 il əvvəl Tələt Paşanın göndərdiyi teleqram: Erməniləri ifşa edən sənəd109 il əvvəl Tələt Paşanın göndərdiyi teleqram: Erməniləri ifşa edən sənəd


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1944   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi

Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin

23 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin

24 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun