Əhməd Cavadın nəticəsi: "Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm"

Əhməd Cavadın nəticəsi: "Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm""Əhməd Cavad öz ömrünü Azərbaycana və Azərbaycan xalqına həsr edib. Əlbəttə ki, o illər çətin dövrlər idi. Zamanın çətinliyinə baxmayaraq öz həyatını Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı üçün qurban verib. Özünü ən yüksək zirvələrə ucaldıb. Onun adını yaşatmaq mənim üçün böyük qürurdur. Mən Sovet illərində təhsil almışam. Hər dəfə müəllimlərim bütün uşaqları toplayıb deyirdilər ki, bu oğlan himnimizin sözlərinin müəllifi Əhməd Cavadın nəticəsidir. Uşaq idim, amma qürur duyurdum. Mən Əhməd Cavadın "Göygöl" şeirini sevirəm. Babam məhz həmin şeirə görə həbs olunmuşdu. "Ey əsgər" şeiri də Əhməd Cavad yaradıcılığının ən yaxşı şeirlərindəndir. 132 yaşına qədəm qoydu. Hər zaman onu dərin ehtiramla yad edirik. Onu bu gün nəinki ailəsi, bütün Azərbaycan yada salır, xatırlayır".

Bunu Moderator.az-a açıqlamasında Əhməd Cavadın nəticəsi Cavad Axundzadə deyib. O daha sonra nənəsi Şükriyyə xanımı xatırlayır və onun acınacaqlı həyatından bəhs edir.
"Əhməd Cavadın adını daşıyıram. Bu adı mənə Şükriyyə nənəm verib. Hamı ona Əhməd Cavad deyir, amma ailəmiz ona Cavad baba deyib. Evdə Cavad babanın sevgisi ilə böyümüşük. Ailəmiz Şükriyyə nənəmin evində onunla birgə yaşayıblar. Həmişə çalışıram ki, nənəmin mənə verdiyi bu adı doğruldum. Uşaq olandan nənəm mənə Əhməd Cavadın şeirlərini sevdirib. Mənə "Cavad, Cavadım" deyə müraciət edirdi. Çalışırdı ki, çətin günlərindən danışmasın. Amma hadisələr yadına düşəndə xatırlamadan keçə bilmirdi. Əlbəttə ki, bu onun üçün çətin idi. Bir dəfə Şükriyyə nənəmə sual verdim ki, Stalin kim olub? O zaman 12 yaşım var idi. Nənəm haldan-hala düşdü, nəfəsi sanki düyünləndi. Dedi ki, "onun adını çəkmə!". Həmin hadisə yadıma düşəndə hələ də özümü bağışlaya bilmirəm. Nənəm Qazaxıstanın Akmola düşərgəsinə sürgün olunmuşdu. Həmin düşərgədə repressiya olunmuş ailələrin qadınları saxlanılırdı. Ora əmək düşərgəsi idi. Nənəm bir gün qamış toplamağa gedir. Görür ki, qarın içərisində itlər nəyisə öz aralarında bölüşdürə bilmir, yemi bölə bilmirlər. Bir az qabağa gedən kimi görür ki, yeni doğulmuş körpə cəsədidir. Sən demə düşərgədə hansısa qadın çətin şərait içərisində ana olur. Az keçmir ki, körpə ölür. Nəzarətçilər də bu körpəni çölə tullayırlar. Həmin hadisədən nənəm çox sarsılır. Bu onun sinir sisteminə də təsirsiz ötüşmür. Ona görə də Stalinin zülmündən danışmağı sevmirdi, haldan-hala düşürdü. Şükriyyə nənəm ömrünün son illərini Şəmkirdəki evində keçirdi. Yay tətillərində, xüsusi bayramlarda onun yanına gedib qalırdım. Onun kimi güclü qadının tərbiyəsini almaq mənə nəsib olub. O dünyasını dəyişəndə 13 yaşım var idi. Amma buna baxmayaraq xatirələrim çoxdur. Çox ağır həyat yolu keçmişdi, ömrü boyu da haqsızlığa qarşı mübarizə aparmışdı. Nənəm sürgündə olanda 5 övladından uzaq düşür. O illərdə övladlarının hərəsi bir internata verilir. İkinci Dünya Müharibəsi başlayanda böyük oğulları Niyazi və Aydın babam cəbhəyə yollanırlar. Kiçik oğulları Yılmazı da kənd camaatı böyüdür. Şükriyyə nənəm sürgündən qayıdan günədək Əhməd Cavadın uşaqlarına sahib çıxırlar" deyə Cavad Axundzadə deyib.
Əhməd Cavadın nəticəsi: "Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm"Əhməd Cavadın nəticəsi: "Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm"Əhməd Cavadın nəticəsi: "Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm"Əhməd Cavadın nəticəsi: "Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm"Əhməd Cavadın nəticəsi: "Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm"


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 769   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub

29 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun